180) Sadalananlardan hansı inyeksiyanın ağırlaşması deyil?
A) Dəridə damar ulduzcuqlarının olması
B) Fleqmona
C) Hematoma
D) İnfiltrat
E) Abses
Dəridə damar ulduzcuqlarının olması inyeksiya ağırlaşması deyil, qara ciyər sirrozu olan xəstələrdə
dərinin üzərində kapilyarların genişlənib, ulduz şəklində görünməsidir. Digər variantlarda
sadalananlar inyeksiya ağırlaşmaları olub, inyeksiya zamanı qaydalara düzgün riayət olunmaması
nəticəsində baş verir.
.
Ədəbiyyat : C.N.Hacıyev ; R.Y.Əliyev. Xəstələrə qulluq . Səh. 160. “ Təhsil ” Bakı 1998.