C) Xəstə xərəkdə arxası üstə, ayaqları dizdən bükülmüş vəziyyətdə uzanmalıdır
D) Xəstə xərəkdə arxası üstə, başı yana çevrilmiş vəziyyətdə uzanmalıdır
E) Xəstə xərəkdə bir böyrü üstdə uzanmalıdır
Xəstələrin nəql olunma formaları xəstəliklərin xarakterindən asılıdır və bu nəqlolunma qaydalarını
tibb bacısı dəqiq bilməlidir. Daxili qanaxmalar zamanı xəstə arxası üstə, ayaqları dizdən bükülmüş
vəziyyətdə uzanmalı, dizaltı nahiyələrə isə yastıq qoyulmalıdır.
Ədəbiyyat : C.N.Hacıyev ; R.Y. Əliyev . Xəstələrə qulluq . Səh. 45 . “ Təhsil ” Bakı 1998.
183) Qida zəhərlənmələri zamanı göstərilən təxirəsalınmaz yardım nə ilə başlanılır?
A) Dəri altına və ya venaya məhlul yeritməklə
B) Dəri altına atropin vurmaqla
C) Ürək-damar preparatları vurmaqla
D) Mədənin yuyulması ilə
E) İmalə ilə
Qida zəhərlənmələri zamanı təxirəsalınmaz yardım mədənin yuyulmasından başlanır.Prosedur
mədədən təmiz su gələnə qədər davam edir. Zond salmaq mümkün olmadıqda xəstəyə su içirdilir və
əsnəyi qıcıqlandırmaqla qusma əmələ gətirilir. Sonrakı yardımlar isə imalə,ağrılar olduqda atropin
vurmaq, susuzlaşma olduqda maye köçürtmək, kollaps olduqda ürək-damar preparatları vurmaq və
s. ibarətdir.
Ədəbiyyat : N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı ”.Səh.514 “Çıraq ” 2008.
Dostları ilə paylaş: