184) Elektrotravma zamanı aşağıda göstərilən yardımlardan hansı qəti qadağandır?
A) Xəstəni dərhal cərəyan mənbəyindən ayırmaq
B) Xəstəni ən yaxın xəstəxanaya aparmaq
C) Dərialtına kofein, kordiamin, kamfora vurmaq (damar çatışmazlığı olarsa)
D) Elektrik vurma nəticəsində əmələ gələn yanıq nahiyəsinə aseptik sarğı qoymaq
E) Elektrik vurmuş şəxsi torpağa basdırmaq
Elektrik vurma zamanı əksər zərəçəkmişlərdə kəskin damar çatışmazlığı və tənəffüs pozğunluğu
olur, ona görə zərərçəkmişin bu zaman torpağa basdırılması onun vəziyyətini daha da ağırlaşdırar.
Digər bəndlərdə göstərilən yardımlar isə xəstənin vəziyyətini yaxşılaşmasına kömək edər.
Ədəbiyyat : N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı ”. Səh.521 “Çıraq ” 2008.