18
cərəyan gerçəkliyin müxtəlif mövqelərdən izahıdır, insan idrakının məhsuludur; idrak isə
düz xətt üzrə inkişaf etmir; idrakın inkarlı, spiralabənzər inkişafı müəyyən yenilmələrin
dəqiqləşməni, fikir plüralizmini zəruri surətdə doğurur. Bu yolla mövqelər aydınlaşır,
həqiqətə yaxınlaşır, fikir plüralizmindən fikir aydınlığına keçilir.
Fəlsəfənin əsas məsələsinin ikinci tərəfində qoyulan suala da filosoflar müxtəlif
cəhətdən yanaşıb cavab vermişlər. Dünyanın dərkedilənliyi prinsipi mövqeyindən çıxış
edən filosoflar bu mövqedə dururlar ki, dünya və onun qanunauyğunluqları dərk ediləndir.
Dünyada dərk olunmamış şeylər çoxdur, amma dərkolunmaz şeylər yoxdur.
Dünya və onun qanunları elmin və praktik fəaliyyətin inkişafı ilə addım-addım dərk
olunur, əməli məqsədlərində insan həmin qanunlardan istifadə edir. Lakin fəlsəfə
tarixində gerçəklik və onun qanunlarının dərk edilməsinə şübhə ilə baxan (onu müəyyən
çərçivə ilə məhdudlaşdıran) skeptisizm (D.Yum və başqaları) və dünyanın «sirli
özündəşeylər» hesab edərək onun dərk edilməsini qeyri-mümkün sayan aqnostisizm
(İ.Kant və başqaları) cərəyanları («a» yunanca inkar şəkilçisi, «qnosis» - bilik deməkdir,
yəni «bilməzlik», «biliyin inkarı») olmuşdur. Kant göstərirdi ki, insan təbiətdən qanunlar
almır, əksinə təbiətə qanunları diktə edir. Əslində isə insan idrakı tədricən mütləq həqiqətə
yaxınlaşır. İnsan həqiqətə çatdıqca Kantın özündə şeylərınin sonu çatır.
Dostları ilə paylaş: