FƏLSƏFƏ fənni üzrə proqram
I Fəlsəfənin predmeti və biliklər sistemində onun yeri
Fəlsəfə - biliyin və mənəvi mədəniyyətin ən qədim sahələrindən biridir və onu öyrənməyin əhəmiyyəti. Fəlsəfə “fikirlərdə əhatə olunan dövrdür” (Hegel). Fəlsəfi paradiqma anlayışı. Paradiqma – müxtəlif tarixi dövrlərdə insanın düyaya münasibətinin, dünyaya baxışının inkişaf səviyyəsini, insan idrakının nailiyyətlərinin göstəricisidir. O, müəyyən zaman ərzində problemlərin qoyulması və onların həllini verən modeldir, qəbul edilən ideya, qayda və standartlardır (T.Kun)
Fəlsəfə - dünyagörüşünün nəzəri əsasıdır. Dünyagörüşü anlayışı, onun məzmunu və əsas səviyyələri: ilkin elementar səviyyə, konseptual - səviyyə, metodoloji səviyyə; dünyaduyumu, dünya qavramı və dünyaanlamı. Fəlsəfi dünyagörüşünün səciyyəvi cəhətləri
Dünyagörüşünün tarixi formaları: mifologiya, din, fəlsəfə, elm. Miflər ilk dünyagörüşü formasıdır. Dini dünyagörüşünün əsas cəhətləri. Dinin mənəvi mədəniyyətin tərkib hissəsi kimi fəaliyyəti və inkişafı. Din ilə fəlsəfənin oxşar və fərqli cəhətləri
Fəlsəfənin əhatə etdiyi problemlər. “Dünya-insan” münasibətləri sisteminin ən ümumi tərəfləri, varlığın və idrakın ümumi prinsipləri və qanunauyğunluqları fəlsəfənin əsas predmetidir
Fəlsəfi biliklərin ümumbəşəri mədəniyyət sistemində yeri. Fəlsəfi cərəyanların müxtəlifliyi. Materializm cərəyanları: sadəlövh materializm, mexaniki-metafizik materializm, qeyri-ardıcıl materializm, elmi və vulqar materializm. İdealizm fəlsəfi cərəyanları: obyektiv idealizm, subyektiv idealizm, solipsizm. Fəlsəfədə monizm və dualizm. Fəlsəfədə dialektik və metafizik metodlar
Fəlsəfənin funksiyaları: humanist, sosial-aksioloji, inikas-informasiya, tərbiyəedici, evristik, eksplikasiya, əlaqələndirici, inteqrativ və məntiqi-qnoseoloji
Fəlsəfənin təbiətşünaslıq və humanitar elmlərlə qarşılıqlı əlaqəsi. Fəlsəfədə millilik və ümumbəşərilik. Milli fəlsəfə milli özünüdərkin nəzəri əsasıdır. Milli müstəqillik və fəlsəfənin inkişafı üçün yeni şərait. Milli fəlsəfənin ümumdünya fəlsəfi fikri ilə qovuşması. Qərb və Şərq fəlsəfəsinin dialoqu
Dostları ilə paylaş: |