İyirmi ikinci mövzu: Cəmiyyətin mənəvi sferası. Mənəvi sferanı öyrənməyin vacibliyi. Mənəvilik insanın əsas keyfiyyəti kimi.
Mənəvi sfera sisteminin əsas tərəfləri. İctimai şüur anlayışı və onun nisbi müstəqilliyi. İctimai və fərdi şüur. İctimai şüurun strukturu. Adi şüur və nəzəri şüur. İctimai psixologiya və ictimai ideologiya.
İctimai ideologiya ictimai şüurun yüksək pilləsidir. Müasir cəmiyyətdə ideologiyanın rolu. Azərbaycançılıq müasir cəmiyyətimizin ideoloji əsası kimi.
İctimai şüurun formaları. İctimai şüuru formalara ayırmağın kompleks meyarları.
Siyasi şüurun mahiyyəti. Siyasi şüurun strukturu. Siyasi psixologiya və siyasi ideologiya anlayışları. Siyasi şüurun cəmiyyətdə rolu və funksiyaları.
Hüquqi şüur və onun strukturu. Hüquqi şüurda mövcud hüquq normalarının qiymətləndirilməsi. Hüquqi şüur insanların fəaliyyət və davranışlarının tənzimləyicisi kimi. Hüquqi psixologiya. Hüquqi ideologiya.
Əxlaqi şüurun mahiyyəti. Əxlaq davranışı tənzimləməyin və qiymətləndirməyin könüllü normasıdır. Əxlaqi şüurun əsas kateqoriyaları. Xeyirxahlıq (fəzilət), şər (qəbahət), mənəvi borc və vicdan.
Estetik şüurun (incəsənətin) mahiyyəti və spesifikliyi. Estetik şüurun əsas anlayışları. Gözəllik, eybəcərlik, komiklik və faciəvilik. Estetik şüurun əsas funksiyaları. Estetik qiymət və estetik həzz. İncəsənətdə milli ilə ümumbəşərinin vəhdəti problemi. Estetika və incəsənət anlayışları, onların bağlılığı.
Dini şüurun spesifikliyi. Dini şüurun strukturu. Fövqəltəbiiyə inam dinin başlıca tərəfi kimi. Dinin sosial, qnoseoloji və psixoloji kökləri. Dinin funksiyaları. İllüziyalı əvəzləyici funksiya. Dinin inteqrativ funksiyası. Dinin tənzimləyici və kommunikativ funksiyaları. Müasir cəmiyyətdə dinin rolu [1], [2], [3], [4], [33], [32].
İyirmi üçüncü mövzu: Tarixi prosesin fəlsəfi təhlili. Cəmiyyət tarixi haqqında baxışların yaranması və təkamülü. “Tarix fəlsəfəsi” anlayışı. Hegelin “Tarixisizm” təlimi. Tarixi prosesin dövrləşdirilməsi problemi. Tarixə formasion və sivilizasion yanaşmanın mahiyyəti. Onları vəhdətdə götürməyin zəruriliyi. K.Yaspers tərəfindən tarixin dövrləşdirilməsi. K.Popperin tarix haqqında baxışları.
Sosial tərəqqinin mahiyyəti. İnkişaf, tərəqqi və tənəzzül anlayışlarının münasibəti. Sosial tərəqqinin obyektiv və qanunauyğun xarakteri. Sosial tərəqqinin meyarı məsələsi. Müasir sosial-fəlsəfi fikirdə tərəqqinin kompleks meyarlarının müəyyənləşdirilməsi [1], [2], [3], [4], [36], [27], [28], [29], [31], [6].