FəLSƏFƏ kafedrasi doktoranturaya qəbul üzrə FƏLSƏFƏ fənnindən proqram bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinin Elmi şurasının


Onuncu mövzu: XIX əsrin II yarısı və XX əsrin əvvəllərində Azərbaycanda maarifçilik fəlsəfəsi



Yüklə 52,05 Kb.
səhifə5/11
tarix30.08.2023
ölçüsü52,05 Kb.
#140962
1   2   3   4   5   6   7   8   9   10   11
proqram - Felsefe - doktoranturaya qəbul - azerb

Onuncu mövzu: XIX əsrin II yarısı və XX əsrin əvvəllərində Azərbaycanda maarifçilik fəlsəfəsi
Azərbaycan maarifçilik fəlsəfəsinin yaranması şəraiti və spesifik cəhətləri. Azərbaycan maarifçiliyinin inkişaf mərhələləri. A.Bakıxanovun fəlsəfi təlimi. Onun idrak təlimi və etik görüşləri.
Klassik maarifçiliyin nümayəndəsi M.F.Axundov. Kainatın maddiliyi və yaradılmazlığı barədə fikirlər. M.F.Axundovun əsərlərində monarxiya idarə üsulunun tənqidi, insan azadlığı və hüquqları barədə fikirləri.
H.B.Zərdabi darvinst alim kimi. Onun dünyanın maddi vəhdəti, sonsuzluğu, Kainatda əbədi hərəkətin mövcudluğu haqqında fikirləri. Sosial-siyasi görüşləri.
XIX əsrin sonu və XX əsrin əvvəllərində maarifçilik ideyaları, milli istiqlal məfkurəsinin möhkəmlənməsi.
Ə.Hüseynzadənin “Türkləşmək, islamlaşmaq və avropalaşmaq” ideyaları. Ə.Ağayevin “milli sülh”, İslam birliyi barədə fikirləri [1], [2], [3], [4], [5],[8].


On birinci mövzu: Müasir dövrdə Qərbi Avropa fəlsəfi fikrinin əsas istiqamətləri
XIX əsrin II yarısı - XX əsrin əvvəllərində ənənəvi-klassik fəlsəfədən uzaqlaşma meylləri. Pozitivizm fəlsəfəsi. Pozitivizmin tarixi formaları. Empiriokritisizm. Neopozitivizm. Postpozivitizm. K.Popperin falsifikasiya prinsipi. T.Kunun paradiqmalar nəzəriyyəsi.
Strukturalizm cərəyanı. Dil nəzəri təhlil vasitəsi kimi. Praqmatizm cərəyanı. Fəlsəfənin real həyatla əlaqələndirilməsi.
Fəlsəfədə irrasionalist istiqamət. Həyat fəlsəfəsi, ekzistensializm və hermenevtika.
Ekzistensializm fəlsəfəsi. İnsanın mövcudluğu və mahiyyəti. İnsan azadlığı problemi.
Hermenevtika təlimi. Anlam kateqoriyası.
Müasir dini-fəlsəfi cərəyanlar. Neotomizm. Fenomenologiya cərəyanı [1], [2], [3], [4], [5], [11], [12], [27].
On ikinci mövzu: Varlıq haqqında fəlsəfi təlim
Ontologiya varlıq haqqında təlimdir. Varlıq haqqında müasir fəlsəfi axtarışlar. Varlığın fəlsəfi anlamının əsas səpkiləri. Varlıq, gerçəklik və reallıq anlayışları. Obyektiv və subyektiv reallıq, onların münasibəti.
Varlığın formaları. Əşya, proses və hadisələrin varlığı. Bütöv bir tam kimi götürülən təbiətin varlığı. “İkinci təbiət” varlığı. Insan varlığı və onun ikili təbiəti. Mənəvi varlıq. Varlığın sosial forması və səciyyəvi cəhətləri. Varlığın səviyyələri.
Materiya fəlsəfənin fundamental kateqoriyası kimi. Materiyanın elmi tərifi və onun metodoloji əhəmiyyəti. Materiya varlıq anlayışının konkretləşmiş forması kimi. Substansiya anlayışı və onun materiya ilə münasibəti.
Müasir elm materiyanın quruluşu və struktur səviyyələri haqqında. Cansız təbiətdə və üzvi aləmdə materiya təşkilinin əsas səviyyələri. Sosial həyatda materiya təşkili səviyyələri.
Hərəkət konsepsiyası. Hərəkət materiyanın mövcudluq üsulu kimi. Materiya və hərəkətin əlaqəsi. Hərəkətin əsas tipləri və formaları. Hərəkət formalarının mexanisist və reduksionist anlaşılmasının məhdudluğu. Müasir elmin hərəkət formalarına gətirdiyi yeniliklər.
Məkan və zaman varlığın obyektiv formaları kimi. Məkan və zamanın substansional və relyasion konsepsiyaları. Nisbilik nəzəriyyəsi məkan, zaman və hərəkət edən materiyanın vəhdəti haqqında.
Cansız təbiətdə məkan və zaman formaları. Bioloji məkan və zamanın xüsusiyyətləri. Sosial məkan və zaman [1], [3], [4], [11].

Yüklə 52,05 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin