Fəlsəfə nədir? Fəlsəfə dünyagörüşü kimi. Fəlsəfənin predmeti. Fəlsəfi biliyin strukturu



Yüklə 0,99 Mb.
səhifə43/187
tarix23.01.2022
ölçüsü0,99 Mb.
#51508
1   ...   39   40   41   42   43   44   45   46   ...   187
fəlsəfə mühazirələr.doc 2

Parmenid. Eley məktəbinin gerçək banisi Parmenid (təq. m.ö. 515-445) olub. Onun təlimi sokrataqədərkilər fəlsəfəsinin zirvələrindən biri hesab olunur.

Parmenid hər bir dəyişikliyi, deməli hərəkət və inkişafı inkar edir. Dəyişiklik, hərəkət və inkişaf Parmenid üçün məntiqi cəhətdən mümkün deyil. Bu müddəa onun varlığın və qeyri-varlığın (yəni, yoxluğun) məşhur traktovkasına əsaslanır: “Varlıq var, qeyri-varlıq isə yoxdur”. Dəyişiklik isə nəyinsə yaranmasını, nəyin isə itməsini (qeyri-varlığa çevrilməsini) ehtiva edir. Bu isə mümkün deyil, çünki, qeyri-varlıq yoxdur.

Parmenid zəka ilə dərk olunan gerçək həqiqətlə, hissi idraka əsaslanan rəyi sərt şəkildə bir-birindən fərqləndirir. Hisslər yalnız axıcı, müvəqqəti və qeyri-daimini qavrayır; o şeylər ki, dəyişməz və əbədidir, onlar yalnız təfəkkür və zəka ilə qavranılır. Buradan varlıqla təfəkkürün eyniliyi tezisi alınır.

Zenon. Eley məktəbinin digər görkəmli nümayəndələrindən biri də Eleyli Ze­non (e.ə. 490-430) idi. Zenon varlığın maddiliyi, vəhdəti və bü­töv­lü­­­­­­yü fikrini qəbul edir, lakin onun dəyişkənliyi prinsipini müda­fiə etmirdi. Zenonun fikrincə, təbiətdə bütün predmetlər, istidən, so­yuqdan, qu­­rudan, rütubətdən və onların bir-birinə qarşılıqlı su­rət­də keç­mə­sindən əmələ gəlir. O, izah edirdi ki, "insanlar tor­paq­dan əmə­­­­lə gəlmiş, onların ruhu isə yuxarıda göstərilən mahiy­yət­lə­rin qarı­şığından yaranmışdır".

Parmenid təliminin qatı tərəfdarı olan Zenon insanın hissi qavradıqları ilə, real gerçəklik arasında dərin uçurum olduğunu əsaslandırmışdır. Ona görə hərəkət mümkün deyil. Fəlsəfə tarixində məşhur olan dörd paradoksu ilə məşhurdur. Onlara misal olaraq “Axilles və tısbağa” və “Ox” göstərmək olar. Birinci paradoksa görə Axilles heç zaman tısbağaya ötüb-keçə bilməz, bunun üçün o, ilk növbədə tısbağaya çatmalıdır, bu zaman ərzində tısbağa müəyyən məsafə qət edəcək. Axilles yenə ona çatmalıdır, lakin bu dəfə də tısbağa az da olsa müəyyən məsafə qət edir. Bu proses sonsuza qədər davam edir və Axilles tısbağanı ötə bilmir. İkinci paradoksa görə, uçan ox əslində hərəkət etmir, sükunətdədir. Belə ki, yaydan çıxmış ox zamanın hər bir anında konkret bir yerdə və sükunətdədir. Bütün sükunətlərin cəmi isə sükunətdir.




Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   187




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin