Fəlsəfə nədir? Fəlsəfə dünyagörüşü kimi. Fəlsəfənin predmeti. Fəlsəfi biliyin strukturu



Yüklə 0,99 Mb.
səhifə40/187
tarix23.01.2022
ölçüsü0,99 Mb.
#51508
1   ...   36   37   38   39   40   41   42   43   ...   187
fəlsəfə mühazirələr.doc 2

Heraklit. İoniyanın Miletdən sonra ikinci böyük şəhəri Efes tarixdə daha çox antik dövrün ilk dialektik filosoflarından Heraklitin vətəni kimi məşhur olub. Bloson oğlu Heraklit (təq. m.ö. 550-480) çar-kahin Kodridlər nəslindən olmuş, hakimiyyəti qardaşına könüllü güzəştə getmişdir.

Heraklit fəlsəfəsində “loqos” əsas anlayış kimi çıxış edir. Bütün fəlsəfə tarixçiləri efesli müdrikin kitabının “əbədi mövcud olan bu loqos...” sözləri ilə başlaması fikri ilə həmrəydirlər. Lakin, Heraklitin loqosu necə mənalandırması, ona hansı məzmun verməsi haqqında müxtəlif rəylər var. Artıq o dövrdə yunan dilində “loqos” sözünün iyirmidən çox mənası vardı: söz, hekayə, nağıl etmə, “zəkanın obyektiv qanunu”, “dünya ruhu”, “hərəkət qanunu” və s. Ümumiyyətlə, Heraklit fəlsəfəsində “loqos” anlayışını ayrıca təlim kimi götürmək mümkünsüzdür. Çünki, bu anlayış bütünlüklə Heraklit fəlsəfəsinə hopmuş, nüfuz etmişdir. “Loqos” anlayışı Heraklit fəlsəfəsində hər şeyin axması, şeylərin aramsız dəyişməsi haqqında ideyası ilə üzvü surətdə bağlıdır. Bütün şeylərin mütləq və aramsız dəyişməsi haqqında müddəa artıq qədim dövrlərdən heraklitizmin nüvəsi sayılırdı: əsas şüarı “hər şey axır” Heraklit axar çay obrazını fəlsəfi təliminin mərkəzinə gətirməklə göstərmək istəmişdir ki, şeylərin təbiəti hərəkətli, varlığın mahiyyəti isə aktivdir. Dünya –bir proses, şeylər axımıdır. Həyatın özü də hərəkət və aktivlikdir. Heraklit sükunət və hərəkətsizliyi “ölülərin xassəsi” kimi nəzərdən keçirir.

Heraklit fəlsəfəsinin əsas ideyalarından biri də əksliklərin mübarizəsi və vəhdəti (eyniliyi) ideyasıdır. Heraklitə görə, aləmdə hər şey əksliklərdən, qarşıdurmada olan qüvvə və təmayüllərdən ibarətdir. Əksliklərin mübarizəsi hər şeyin, bütün proseslərin mahiyyətini müəyyənləşdirir. Eyni zamanda fəaliyyətdə olan əks istiqamətli qüvvələr şeylərin daxili harmoniyasını müəyyənləşdirən “gərgin” vəziyyəti əmələ gətirirlər. Əgər əksliklərin vəhdəti, eyniliyi onların mübarizəsinin şərtidirsə, əksliklərin harmoniyası isə mübarizə nəticəsində pozulmuş vəhdətlərinin daimi bərpasını təmin edir.

Heraklit hesab edir ki, insan biliyinin mənbəyi hiss üzvlərinin fəaliyyətidir: “Mən nəyi görmək, eşitmək, tanımaq olarsa, ona üstünlük verirəm”. Lakin, o, hiss üzvlərinin də idrak prosesində yerini müəyyənləşdirməyə çalışır: “Gözlər qulaqlardan daha yaxşı şahidlərdir”. Bununla yanaşı, efesli müdrik belə hesab edir ki, hiss üzvlərinin verdiyi məlumatlar zəka süzgəcindən keçməyənə qədər onlara inanmaq lazım deyil. Yəni hiss üzvlərinin verdiyi məlumatı yalnız zəka düzgün təfsir edə bilər. Ona görə də zəkanın mənbəyi olan ruh necədirsə, hiss üzvlərinin verdiyi məlumatların dəyəri də elədir: “Barbar ruha malik insanlar üçün gözlər və qulaqlar pis şahidlərdir”.

Dövrün əsas fəlsəfi problemi –ilkbaşlanğıc problemi Heraklit fəlsəfəsində orijinal həllini tapmışdır. Fales və Anaksimen kimi o da materiya formalarından birini ilkmateriya ilə eyniləşdirir. Heraklit belə forma qismində nisbətən daha hərəkətli, dəyişkən “ünsür” və faktiki proses olan odu seçmişdir.


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   187




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin