Fəlsəfə nədir? Fəlsəfə dünyagörüşü kimi. Fəlsəfənin predmeti. Fəlsəfi biliyin strukturu


Farabi. Şərq peripatetizminin görkəmli nümayəndələrindən biri də kökəncə türk olan Əbu Nəsr Məhəmməd Farabi



Yüklə 0,99 Mb.
səhifə70/187
tarix23.01.2022
ölçüsü0,99 Mb.
#51508
1   ...   66   67   68   69   70   71   72   73   ...   187
fəlsəfə mühazirələr.doc 2

Farabi. Şərq peripatetizminin görkəmli nümayəndələrindən biri də kökəncə türk olan Əbu Nəsr Məhəmməd Farabi (870-950) olmuşdur. O, Aristoteldən sonra “ikinci müəllim” fəxri adını almış, Əl-Kindidən kimi stagirli müdrikin fəlsəfi və məntiqi əsərlərinə şərhlər yazmışdır. Əsas əsərləri: “Fəlsəfəni öyrənməkdən qabaq nəyin müqəddimə verilməsi”, “Xoşbəxtlik qazanma”, “Elmlərin siyahıya alınması”, “Fəzilətli şəhər əhlinin baxışları”, “İki filosofun –Aristotel ilə Platonun görüşləri arasında ümumilik”, “Əqlə dair məqalə” və s.

Farabi Aristotelin fikir laboratoriyasına Əl-Kindidən daha artıq bələd olmuş, onun kateqoriyalar, elmlərin mənşəyi və öyrənilmə tərtibi, onların təsnifatı, intellektin növləri haqqında təlimini təhlil və inkişaf etdirmişdir. Allah və təbiətin qarşılıqlı münasibətini o, “zəruri varlıq” və “mümkün varlıq” olmaqla iki növ varlığın münasibəti məsələsi ilə əvəzləmişdir. O zəruri varlığı “öz mahiyyətindən həmişə və zəruri olaraq mövcudluğu alınan” varlıq kimi, mümkün varlığı isə “mahiyyətindən zəruri olaraq mövcudluğu alınmayan” varlıq kimi müəyyənləşdirmişdir. Lakin, Farabi varlığın ali və aşağı sahələri haqqında təlimini neoplatonist emanasiyalar nəzəriyyəsindən çıxış etməklə qurur: zəruri varlıq özündən ilk intellekti emanasiya (şüalandırma) edir, onda isə aksidental olaraq çoxobrazlılıq törəyir. Birinci intellekt özünəməxsus intellekti və canı olan səma sferasını törədir, o isə öz növbəsində aşağı sferanı, onun intellekt və canını törədir və s. Bu ardıcıllıq “ayaltı dünyanın”, daha doğrusu materiya və formanı, dörd elementi emanasiyası ilə başa çatır. Beləliklə, Farabi üçün materiya varlığın iyerarxiyasında ən aşağı pillədir. Aristotelin intellekti fəal və potensial olaraq iki yerə bölməsini Farabi neoplatonizmin təsiri altında belə şərh edir: insanın potensial intellekti dünyanı, onu kosmik fəal intellekt tərəfindən nurlandırması sayəsində dərk edir. Platon və Aristotelin baxışlarını ontoloji planda barışdırmağa çalışan filosof Platonun sosial utopiyasına üstünlük vermiş, ayrıca bir traktatında ideal “fəzilətli şəhərin” anatomiyasını təsvir etmişdir.




Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   187




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin