1. “Hörümçək yolu” - həqiqətin, biliyin xalis zəkadan alınmasını bildirib rasionalizmi əks etdirir. Bu yolu gedənlər faktlara biganə qalır. Bu həm də sxolastikanın tənqidinə yönəlir: spekulyativ rasionalizm və anti-empirik təfəkkür tərzi inkar olunur.
2. “Qarışqa yolu” - bu dar, ifrat empirizmdir, o da rasionalizm kimi birtərəflidir. Bu yolla yalnız müxtəlif faktlar toplanır, lakin ümumiləşdirmələr aparılmır.
3. “Arı yolu” - yalnız bu yol həqiqidir. O, özündə birinci iki yolun ən üstün cəhətlərini birləşdirir: qarışqa kimi faktların toplanması və hörümçək kimi bu faktların zəka ilə emalı. Bu yol digər iki yolun qüsurlarından azaddır.
F.Bekon idrak prosesinin hansı yolla getməli olduğunu göstərməklə kifayətlənməyib, həm də insanın həqiqi bilik əldə etməsinə mane olan səbəbləri göstərmişdir. Bu səbəbləri “kabuslar” adlandıran filosof, onların dörd növünü qeyd etmişdir:
1. “Nəsil kabusu” - bu insanın öz təbiətindən, onun zəka və hisslərindən irəli gəlib fərdi səciyyə daşıyır. Buna misal olaraq, insanın təbiət haqqında insan həyatına analogiya üzrə mühakimə yürütməsini göstərmək olar. “Nəsil kabusunu” tam aradan qaldırmaq olmasa da onu neytrallaşdırmaq mümkündür.
2. “Mağara kabusu” - fərdi səciyyəli səhvlər olub, insanın tərbiyəsi, zövqü, vərdişlərindən törəyir. Hər kəsin özünəməxsus “mağarası” olur. Bu kabusu fərdi təcrübəni korrektə edən kollektiv təcrübənin köməyilə aradan qaldırmaq olar.
3. “Bazar kabusu” - insanların verbal (dil) ünsiyyətindən törəyir. İnsanların böyük əksəriyyəti başa düşmür ki, söz ünsiyyətin gerçəkləşdiyi ad, və yaxud işarədir. Söz şeyin əslində nə olduğunu bildirmir, şeyin insan üçün nə olduğunu bildirir. Səhvin aradan qaldırılması üçün başa düşmək lazımdır ki, mövcudluğun yüz faizlik obyektivliyi ilk növbədə fərdi şeylərin özünə məxsusdur. Deməli təbiət haqqında gerçək elmi substansiya, keyfiyyət, hərəkət, iztirab, ağırlıq və s. kimi anlayışlardan istifadə etməklə qurmaq olmaz.
Dostları ilə paylaş: |