Fəlsəfə nədir? Fəlsəfə dünyagörüşü kimi. Fəlsəfənin predmeti. Fəlsəfi biliyin strukturu



Yüklə 0,99 Mb.
səhifə86/187
tarix23.01.2022
ölçüsü0,99 Mb.
#51508
1   ...   82   83   84   85   86   87   88   89   ...   187
fəlsəfə mühazirələr.doc 2

II. Fransa Maarifçilik Fəlsəfəsi.

İctimai-fəlsəfi fikir tarixində XVIII əsri Maarifçilik dövrü adlandırırlar. Əvvəllər kiçik alimlər qrupunun “xüsusi mülkiyyəti” olan elmi biliklər bu dövrdə universitet və laboratoriyalar çərçivəsindən kənara çıxır və Avropanın böyük mədəniyyət mərkəzlərindəki kübar salonlarına toplaşan elitanın, o, cümlədən elm və fəlsəfənin son nailiyyətlərini bədii yaradıcılıqlarında populyar şəkildə şərh edən ədəbiyyatçıların müzakirə predmetinə çevrilir. İnsan zəkasının gücünə, onun hüdudsuz imkanlarına, iqtisadi və sosial rifah üçün şərait yaradan elmi tərəqqiyə İnam –Maarifçilik dövrünün pafosu bax budur.

F.Bekon, R.Dekart və T.Hobbsu müəyyən mənada Maarifçiliyin carçıları adlandırmaq olar. Belə ki, Orta əsrlər fəlsəfəsinin onlar tərəfindən başlanmış tənqidi, avtoritet və ənənəyə yox, zəkaya müraciət edilməsi XVIII əsrdə də davam etdirilir. Bu isə öz növbəsində XVIII əsrin zəka və işıq, azadlığın dirçəlişi, elm və incəsənətin çiçəklənməsi dövrü kimi səciyyələndirilməsinə rəvac vermişdir.

Lakin, Maarifçilik dövrünün özünəməxsus xüsusiyyətləri də yox deyil. Əvvəla, XVIII əsrdə elmin praktika ilə əlaqəsi, onun ictimai faydalılığı daha qabarıq şəkildə özünü büruzə verir. İkincisi, İntibah dövrü və XVII əsr filosof və alimlərinin sxolastikaya qarşı yönəltdikləri tənqid indi metafizikaya qarşı yönəlir. Maarifçilərin inamına görə XVI-XVII əsrdə orta əsrlər sxolastikasını əvəzləmiş metafizika aradan qaldırılmalıdır. Elmdə Nütonun, fəlsəfədə Lokkun ardınca metafizik sistem olan karteziançılığın (Dekart fəlsəfi təliminin) kəskin tənqidi başlayır. Onlar metafizik sistemləri mücərrəd-nəzəri konstruksiyalara meyllənməkdə, təcrübə və eksperimentə biganəlikdə ittiham edirlər.

Maarifçilik bayrağında iki söz –elm və tərəqqi daha qabarıq hərflərlə yazılır. Həm də onlar sadə zəkaya yox –axı metafiziklər də zəkaya əsaslanırlar, –təcrübəyə əsaslanmış və təkcə dini mövhumatlardan deyil, həm də metafizik fövqəltəcrübi fərziyyələrdən də azad olan elmi zəkaya müraciət edirlər.

Maarifçilik fəlsəfəsi mahiyyətcə deistdir. “Deizm” fəlsəfi cərəyan olub, bu cərəyan tərəfdarları belə hesab edirlər ki, Allah bütün mövcudiyyətin yaradıcısı, hər şeyin ilkin səbəbidir. Lakin, Allah hər şeyi yaratdıqdan sonra dünyaya, insana, tarixin gedişinə müdaxilə etmir. Maarifçilər Allahın şəxsləşdirilməsinə və təbiətlə eyniləşdirilməsinin əleyhinə çıxış etmişlər.

Maarifçilik optimizminin tarixi şərti onun yeni yaranan və inkişaf edən industrial (sənaye) cəmiyyətinin əhval-ruhiyyəsini əks etdirməsi ilə bağlıdır. Təsadüfi deyil ki, Maarifçiliyin vətəni, digər ölkələrdən daha erkən industrial inkişaf yoluna qədəm qoymuş İngiltərə olmuşdur. Bir çox tədqiqatçılar əslində ümumavropa hadisəsi olan Maarifçiliyin İngiltərədə meydana gəldiyini, Fransada yüksək inkişaf səviyyəsinə çatdığını, Almaniyada yekunlaşdığını vurğulayırlar. Bu baxımdan ümumən Maarifçilik dedikdə XVIII əsr Fransa Maarifçiliyi hərəkatı nəzərdə tutulur. Bu hərəkatın ən görkəmli nümayəndələri: Volter, Monteskyö, Russo, Didro.


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   187




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin