Mövzu 14. Fəlsəfədə cəmiyyət problemi
Sosial-fəlsəfi ədəbiyyatlarda cəmiyyətə aşağıdakı kimi tərif verilir:
Cəmiyyət – yaşayış ərazisi, dövr, ənənə və mədəniyyət eyniliyi ilə birləşmiş insanların həyat və fəaliyyət sistemidir.
Cəmiyyətin digər bir tərifini də vermək olar:
Cəmiyyət – obyektiv gerçəklik, daxili struktura, bütövlüyə, qanunlara, inkişafa istiqamətliliyə malik varlığın mövcudluq forması, obyektiv gerçəklikdir.
İctimai varlıq obyektiv və subyektiv olaraq iki cəhətə malikdir:
obyektiv – insanların şüur və iradəsindən asılı olmadan mövcud olan hər şey (həyat şəraiti, insanın tələbatları, maddi istehsalın vəziyyəti və s.);
subyektiv – insanların şüuru və iradəsi, onların cəmiyyətə münasibəti, baxışları, cəhdləri.
Cəmiyyətin inkişafına, bütövlükdə taleyinə həm onun mövcudluğunun obyektiv, həm də subyektiv cəhətləri təsir göstərir.
Cəmiyyət mürəkkəb sistem olub, altsistemlərə bölünür. Cəmiyyətin altsistemləri həm də cəmiyyət həyatının əsas sferaları da adlanır. Sosial-fəlsəfi ədəbiyyatlarda cəmiyyətin əsas dörd sferası fərqləndirilir:
iqtisadi;
sosial;
siyasi;
mənəvi.
İqtisadi sfera – cəmiyyət həyatının əsas müəyyənləşdirici, baza sferası hesab edilir. Bu da öz növbəsində mürəkkəb quruluşa malik olub, aşağıdakı sahələrdən təşkil olunur:
istehsal;
bölgü;
mübadilə;
maddi nemətlərin istehlakı (iqtisadi sferanın məzmunu).
İqtisadi sfera aşağıdakı formalarda mövcud olur:
iqtisadi məkan – burada təsərrüfat həyatı gerçəkləşir;
iqtisadiyyatın idarəedilməsi institutları;
maddi nemətlərin istehsal üsulu.
Maddi nemətlərin istehsal üsulu iki tərkib hissəsinə malikdir:
məhsuldar qüvvələr;
istehsal münasibətləri.
İnsanlar öz bilikləri, bacarıq, əmək vərdişləri və istehsal vasitələri ilə birlikdə məhsuldar qüvvələri əmələ gətirirlər.
Dostları ilə paylaş: |