Fəlsəfə nədir? Fəlsəfə dünyagörüşü kimi. Fəlsəfənin predmeti. Fəlsəfi biliyin strukturu



Yüklə 0,99 Mb.
səhifə1/187
tarix23.01.2022
ölçüsü0,99 Mb.
#51508
  1   2   3   4   5   6   7   8   9   ...   187

  1. Fəlsəfənin predmeti və funksiyaları. Fəlsəfi biliyin strukturu

  1. Fəlsəfə nədir?

  2. Fəlsəfə dünyagörüşü kimi.

  3. Fəlsəfənin predmeti.

  4. Fəlsəfi biliyin strukturu.

  5. Fəlsəfənin əsas funksiyaları.

  6. Əsas fəlsəfi cərəyanlar.

  7. Fəlsəfənin genezisi.

Bütün mövcudluq içərisində ən təəccüblü və qəribəsi insandır. Canlı təbiətin digər vücudlarına oxşarlığı ilə yanaşı, insan həm də onlardan kəskin şəkildə fərqlənir. Bu fərqi şərtləndirən əsas amil onun zəkaya malik olmasıdır. Alimlər bizim aid olduğumuz bioloji növü “Homo sapiens” adlandırırlar, bu isə latıncadan “Ağıllı insan” deməkdir. İnsanın ikinci fərqli cəhəti elə onun zəkalı təbiətindən irəli gəlir: insan digər canlı məxluqlar kimi təkcə mövcud olmaqla kifayətlənməyib, həm də mövcud olduğu dünyanı dərk etməyə, anlamağa və özü üçün şərh etməyə çalışır.

Dünyanı anlamağa çalışan insanın öz-özünə verdiyi suallar çoxsaylı, onun maraq dairəsi isə qeyri-məhduddur. Bu suallar, onlara cavab axtarışı, həm də insanın hissləri, əhval-ruhiyyəsi və arzuları müxtəlif formalarda mövcud olur. Onlardan ən əsasları elm, dinfəlsəfədir.

İnsanın mənəvi fəaliyyətinin hər üç formasının oxşar cəhəti ondadır ki, onların hər biri bizi əhatə edən dünyanın çoxobrazlığını, insanın mahiyyətini və onun bu dünya ilə qarşılıqlı təsirini anlamağa, və yaxud, şərh etməyə çalışmaqdır. Adlarındakı fərq isə dünya və insanı müxtəlif cür şərh etmələrində, müxtəlif metodlarından istifadə etmələrində və öz qarşılarına müxtəlif məqsədlər qoymalarındadır. Elm – öz biliklərinin yüksək dəqiqliyinə can atır, hər şeyi sübut etmək və əsaslandırmağa çalışır, eksperimental metodlardan istifadə edir. Din –varlığını sübut etmək mümkün olmayan, bizim üçün görünməz və əlçatmaz ali dünyanın – fövqəldünyanın mövcudluğundan söhbət açır. Bizə görünməz və əlçatmaz olan bu fövqəldünyanın mövcudluğunu sübut etmək mümkün olmasa da, ona inanmaq mümkündür və vacibdir, çünki, yerdə baş verən bütün hadisələr birbaşa ondan asılıdır. Fəlsəfə – dinin inamla cavab verib əsaslandırmadığı, elmin isə hələ cavab verə bilmədiyi problem və sirlərlə məşğul olur(B.Rassel). Fəlsəfə dünyanın necə yaranmasını və nə olduğunu, insan kimdir və onun həyatının mənası nədir suallarını aydınlaşdırmağa çalışır. Elm yalnız var olanı öyrənir, fəlsəfə isə bu nə üçün var, ondan əlavə daha nə ola bilər və bizim fikrimizcə nə olmalıdır kimi suallara cavab axtarır.

Fəlsəfə” termini iki yunan: “fileo” – sevmək, məhəbbət və “sophia” –müdriklik sözlərinin birləşməsindən yaranıb “müdriksevərlik” anlamını verir. İlk dəfə bu sözü qədim yunan filosofu Pifaqor (m.ö. V əsr) işlədib. Görüşdüyü çarlardan birinin ona “Səndəmi müdriksən?” sualına: “Xeyr, mən müdriksevərəm” cavabını verib.

Fəlsəfənin nə olması, onun məqsədinin əsas qayəsinin nəyə yönəlməsi məsələsində geniş fikir plüralizmi müşahidə olunur. Ən qədim zamanlardan günlərimizə qədər müxtəlif filosoflar bu sualları müxtəlif cür cavablandırmışlar.


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   187




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin