3. Sosial qlobal problemlər – fərd və cəmiyyət arasındakı qarşılıqlı münasibətlərdən törəyir. Bu qrupa daxil olan əsas problem demoqrafik problemdir. Demoqrafik problem əslində özünü iki formada göstərir. Daha çox Şimal ölkələri üçün səciyyəvi olan demoqrafik böhran –yəni əhalinin artımının azalması. Cənub ölkələri üçün səciyyəvi olan demoqrafik partlayış –yəni əhali sayının kəskin artması.
III. Roma klubu.
XX əsrin ikinci yarısından sonra qlobal problemlərin kəskinləşməsi özünü aşkar büruzə verməyə başlayır. İstər rəsmi, istərsə də fərdi təşəbbüslər səviyyəsində problemlərin həllinə cəhdlər göstərilir. Roma klubu da italyan sənayeçisi Aureli Peççei və Aleksandr Kinqin təşəbbüsü ilə, 6-7 aprel 1968-ci ildə yaradılmışdır. Bu təşkilat əsasən dünyanın siyasi, maliyyə, mədəni və elmi elitasının ən görkəmli nümayəndələrini birləşdirir.
Roma klubunun əsas məqsədlərindən biri hazırladıqları mühazirələr vasitəsilə dünya ictimaiyyətinin diqqətini qlobal problemlərinin həllinə yönəltmək olmuşdur. Klub məruzələrini müxtəlif alin, tədqiqatçı və yaxud tədqiqat mərkəzlərinə sifariş verir. Bu zaman klub maliyyə problemlərini öz uzərinə götürməklə yanaşı, məruzəni hazırlayanlara tam sərbəstlik verir. Hazır məruzələri qəbul etdikdən sonra geniş müzakirələrdən sonra məruzə ictimailəşdirilir. Dünyanın müxtəlif ölkələrində onun müzakirəsini təşkil edir.
Roma klubu “qlobal problematika” adlandığı problemlər üzrə tədqiqatların əsasını qoydu. Qarşıya qoyulan problemlərin həllinə cavab tapmaq məqsədilə klub “Bəşəriyyətin çətinlikləri” ümumi adı altında “Roma klubunun məruzələri” seriyasını yaratdı. Dünya inkişafının perspektivləri proqnozları kompüter modelləri əsasında tərtib edilmişdir.
Planetar miqyaslı ictimai inkişafın dinamikasının qlobal modelləşdirilməsinin nəzəri əsası Aureli Peççei və Aleksandr Kinqin sifarişi ilə sivilizasiyanın inkişafının riyazi modelini hazırlamış Həsən Özbəkxan, Erix Yanç və Aleksandr Xristakis tərəfindən qoyulmuşdur. Daha sonra amerikalı tədqiqatçı Cey Forresterin əsərlərindən də istifadə edilmişdir.
Roma klubunun məruzələri içərisində daha çox məşhur olanları aşağıdakılardır:
“Artıma hüdud” (D.Medouz və b. 1972);
“Bəşəriyyət dönüş nöqtəsində” (M.Mesaroviç və E.Pestel, 1974);
“Beynəlxalq düzənin yenidən qurulması”(Y.Tinbergen, 1976);
“Bəşəriyyət üçün hədəflər”(E.Laslo və b., 1977);
“Təhsilə hüdud yoxdur” (C.Botkin, E.Elmancra, M.Malitsa, 1979);
“Mikroelektronika və cəmiyyət” (H.Fridrixs, A.Şaff, 1982);
“Yalın ayaqlıların inqilabı” (B.Şnayder, 1985);
“İlk qlobal inqilab” (A.Kinq, B.Şnayder, 1991);
“Təbiətlə hesablaşmalı” (V.Diren, 1995);
“Uduşda insanilikdir” (M.Reynhard, 2000)
Dostları ilə paylaş: |