II. Qlobal problemlərin təsnifatı.
Müasir dövrün qlobal problemləri dedikdə elə problemlər başa düşülür ki, bəşəriyyətin sosial tərəqqisi və bütövlükdə sivilizasiyanın qorunub saxlanması onların həllindən asılıdır. Bu problemlər cəmiyyətin inkişafının obyektiv amili kimi yaranır və öz həlli üçün bütün bəşəriyyətin öz səylərini birləşdirməsini tələb edir. Qlobal problemlər qarşılıqlı əlaqədə olub, insanların həyat fəaliyyətinin bütün tərəflərini əhatə edir və dünyanın bütün ölkələrinə eyni dərəcədə aiddir.
Müasir dövrün qlobal problemlərini onların mənbəyi və yaranma səbəblərinə görə üç böyük qrupa ayırmaq olar: intersosial, sosial-təbii, sosial.
Dostları ilə paylaş: |