Fəlsəfə nədir? Fəlsəfə dünyagörüşü kimi. Fəlsəfənin predmeti. Fəlsəfi biliyin strukturu



Yüklə 0,99 Mb.
səhifə7/187
tarix23.01.2022
ölçüsü0,99 Mb.
#51508
1   2   3   4   5   6   7   8   9   10   ...   187
fəlsəfə mühazirələr.doc 2

Fəlsəfi antropologiya – xüsusi varlıq forması kimi götürülmüş insanın mövcudluq və mahiyyətini, onun təbiətini tədqiq edir. Fəlsəfi antropologiyanın insanı öyrənən digər elmlərdən əsas fərqi yanaşma genişliyindədir. Fəlsəfəni insanın hansı tayfa, xalq və mədəniyyətə mənsubluğu yox, ümumiyyətlə insan maraqlandırır.

Sosial fəlsəfə – ictimai həyatın ən ümumi səciyyəsini öyrənir. Sosial fəlsəfə əsas diqqəti cəmiyyətin təbiətdən fərqli olan xüsusi təsisat olmasına yönəldir. Deməli ictimai həyat təbiətin qanunlarından fərqli, özünəməxsus qanunlara malikdir. Cəmiyyət insanların birgə varlığıdır. Sosial fəlsəfənin əsas sualları belədir: İnsanların birgə varlıqlarının əsasında nə dayanır? Cəmiyyət hansı şərtlər daxilində öz bütövlük və həyat qabiliyyətini saxlayır? İctimai həyatın hansı fundamental xarakteristikaları var? Cəmiyyət və şəxsiyyətin qarşılıqlı münasibəti necədir? və s.

Etika – əxlaq təlimidir. Etik-nəzəri düşüncələrin əsas mövzusu Xeyir və Şərdir. O, şərin təbiəti, insanın iradə azadlığı, fəzilətlər(müsbət dəyərləndirilən insani keyfiyyətlər) və qəbahətlər, xoşbəxtlik, ədalət, ictimai xeyir və s. haqqında məsələləri tədqiq edir. Onun məşğul olduğu məsələlər cərgəsinə həmçinin, əxlaq və mənəviyyatlılığın təbiəti, onların mənşəyi və funksiyalarının aydınlaşdırılması da daxildir.

Estetika – gözəllik haqqında təlimdir. Estetikanın tədqiqat predmeti gözəllik və eybəcərlikdir. Ülvilik və rəzillik, komiklik və faciəvilik, dramatiklik də estetik kateqoriyalardandır. Estetika həm də həyat və incəsənətdə estetikliyin təzahürlərini də öyrənir.

Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   187




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin