Fəlsəfə nədir? Fəlsəfə dünyagörüşü kimi. Fəlsəfənin predmeti. Fəlsəfi biliyin strukturu



Yüklə 0,99 Mb.
səhifə171/187
tarix23.01.2022
ölçüsü0,99 Mb.
#51508
1   ...   167   168   169   170   171   172   173   174   ...   187
fəlsəfə mühazirələr.doc 2

6. İnsan həyatının mənası. İnsan həyatının mənası haqqında suallar lap qədim dövrlərdən təkcə filosofların deyil, adi insanların da cavablandırmağa çalışdığı əbədi suallar kateqoriyasına daxildir. Hər bir bəşər övladı gec və ya tez bu sualı ilk növbədə özünə ünvanlayır: o nə üçün yaşayır, yaşadığı həyatın mənası varmı? Sualın cavabı isə heç də onun sırf şəxsi işi deyil. Veriləcək cavab ətraf insanların da maraqlarına əhəmiyyətli dərəcədə toxunur. Çünki hər bir insanın öz həyatının mənasını necə anlamasından onun davranışı, yaxın və uzaq insanlara, ailə və daxil olduğu kollektivə münasibəti bilavasitə asılıdır. Onu da qeyd edək ki, insanın həyatın mənasını necə anlaması onun əxlaqı ilə qarşılıqlı əlaqəlidir. Burada böyük Azərbaycan maarifpərvər yazıçısı Ə.Haqverdiyevin “Dağılan tifaq” faciəsini xatırlamaq yerinə düşür. Pyesin baş qəhrəmanlarından biri Nəcəf bəyin həyat amalı belədir: “Dünya beş günlükdür, beşi də qara. Bədbəxt mən o kəsə deyirəm ki, bu beş qara günü ləzzəti damaqla keçirib, baş gora aparmaya. Birisi görürsən, sübhdən axşamadək qarışqa kimi çalışır, vuruşur, pul qazanır, amma evi yıxılmış öz qazandığını yeyib, öz zəhmətinin meyvəsindən kamyab olmur”. Nəcəf bəyin həyatın mənasını belə anlaması onun özünün də, ailəsinin də faciəsinə səbəb olur.

Fəlsəfə tarixi insan həyatının mənası haqqında suallara vahid, birdəfəlik cavab verməmişdir. Müxtəlif fəlsəfi ənənələrdə, cərəyan və sistemlərdə məkan və zamandan, filosofun şəxsi keyfiyyətləri kimi amillərdən asılı olaraq sual elə müxtəlif cür də cavablandırılmışdır.

Bununla belə, insan həyatının mənasının aşkarlanmasına istiqamətlənmiş yanaşmaları dörd qrupa bölmək olar: pessimist, naturalist, avtoritar, subyektivist. Hər yanaşmanı ayrılıqda nəzərdən keçirək.


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   167   168   169   170   171   172   173   174   ...   187




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin