FəLSƏFƏ, onun predmeti VƏ CƏMİYYƏTİn məNƏVİ İNKİŞafinda rolu



Yüklə 1,62 Mb.
Pdf görüntüsü
səhifə103/132
tarix28.11.2023
ölçüsü1,62 Mb.
#169340
1   ...   99   100   101   102   103   104   105   106   ...   132
Fəlsəfə mühazirə

Qnoseoloji funksiya. 
Materialist dialektikanın bu funksiyası öz ifadəsini 
onun idrak haqqında təlim olmasında tapır. Məlumdur ki, bütün elmlər xarici 
aləmi dərk etmək vasitəsidir, lakin heç bir xüsusi elm idrak prosesinin 
qanunauyğunluqlarını və formalarını öyrənməklə məşğul olmur. Bununla yalnız 
materialist dialektika məşğul olur.
q) 
Dünyagörüşü funksiyası. 
Materialist dialektikanın predmetindən belə 
nəticə çıxır ki, o həm də dünyagörüşü funksiyasını yerinə yetirir. Bu fun
ksiya öz 
ifadəsini insanın təbiətə, cəmiyyətə və özünə münasibəti haqqında dialektik 
materialist təlimdə tapır.
d)
Metodoloji funksiya. 
Bu funksiyanın mahiyyəti bundan ibarətdir ki, 
materialist dialektika nəinki inkişaf nəzəriyyəsi, həm də elmi idrakın və 
praktiki 
fəaliyyətin ən ümumi metodudur. O, insana təbiətin və sosial gerçəkliyin dərk 
olunması və dəyişdirilməsi üçün ümumi yanaşma üsulu, qayda və metod verir, 
onu ümumi metodoloji prinsiplərlə silahlandırır. Bununla əlaqədar olaraq 
dialektikanın bütün prinsipləri, qanunları və kateqoriyaları metodoloji əhəmiyyət 
kəsb edirlər.
 
e)
Qabaqgörənlik funksiyası. 
İnkişaf haqqında dərin məzmunlu və hərtərəfli 
təlim olan dialektika keçmişi və indini izah etməklə yanaşı, insana gələcəyi 
irəlicədən görmək imkanı verir. Elmi qabaqgörənliyin nəzəri və metodoloji əsasını 
təşkil edən materialist dialektika adamlara sosial
-
siyasi hadisələrin inkişaf 
ehtimalını düzgün qiymətləndirmək, inkişaf meylini müəyyənləşdirmək, dərin 
intuisiya, zəngin təfəkkür və böyük həyat təcrübəsi əsasında hadisələri 
qabaqlamaq və gələcəyin modelini yaratmaq imkanı verir. Məhz bu yolla insan 
inkişafın daxili qanunauyğun əlaqə və münasibətlərini dərk edir, ehtimallı 
proqnozlaşdırmalar aparır, ümumi hipotezlər yaradır, elmi kəşfləri qabaqcadan 
xəbər verir (məsələn, fizikada proton, neytron, pozitronun və s. mövcudluğunun 
qabaqcadan söylənməsi və s.)
Nəzəriyyə və praktikada dialektikanın bütün funksiyalarının reallaşmasının 
əsas şərti onların dialektik vəhdətdə tətbiq olunmasıdır. Bunu fəlsafi kateqoriya
kimi materiyaya verilən və yuxarıda bəhs etdiyimiz tərifdə aydın görmək olar. 
Həmin tərifdə dialektikanın qeyd etdiyimiz ontoloji, məntiqi, qnoseoloji, 
dünyagörüşü, metodoloji, proqnostik funksiyaları vəhdətdə reallaşmışdır. 
Materiyaya obyektiv reallıq kimi tərif verildikdə onun ontoloji aspekti, materiyanı 
obyektiv reallığı göstərən fəlsəfi kateqoriya kimi müəyyənləşdirdikdə onun 


məntiqi aspekti, obyektiv reallıq olmaq etibarilə materiya insana onun 
duyğularında verilmişdir, bizim duyğularımızdan asılı ol
madan mövcud olmaqla 
onlarda əks olunur dedikdə 
onun
 
qnoseoloji aspekti qeyd edilmişdir. Bunlardan 
başqa həmin tərif həm
 
də çox böyük dünyagörüşü və metodoloji əhəmiyyətə 
malikdir. Beləliklə, materiyaya verilən mə'lum tə'rifdə dialektikanın bütün 
funksiyal
arı onların vəhdətində realizə olunmuşdur.

Yüklə 1,62 Mb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin