FəLSƏFƏ, onun predmeti VƏ CƏMİYYƏTİn məNƏVİ İNKİŞafinda rolu



Yüklə 1,62 Mb.
Pdf görüntüsü
səhifə100/132
tarix28.11.2023
ölçüsü1,62 Mb.
#169340
1   ...   96   97   98   99   100   101   102   103   ...   132
Fəlsəfə mühazirə

 
 
Əsas dərsliklər və dərs vəsaitləri:
 
Əliyev H. Müstəqilliyimiz əbədidir. Külliyat. Bakı 1996
- 2011 
Mehdiyev R. Fəlsəfə. Ali məktəblər üçün dərs vəsaiti. Bakı, “Şərq
-
Qərb” 
nəşriyyatı, 2010
 
Fərhadoğlu M. Fəlsəfənin əsasları. Bakı, 2006
 
İmanov H. Fəlsəfə. Bakı, 2005
 
Hacıyev Z. Fəlsəfə. Bakı, 2001
 
Paşayev V. Fəlsəfə. Bakı, 1997
 
Şükürov A. Fəlsəfə. Bаkı, 2011
 
Qədim yunan fəlsəfəsi antologiyası. AMEA nəşr., Bakı, 2005
 
Abbasova Q. və Hacıyev Z. Sosial fəlsəfə. Bakı, “Ayna” mətbuat evi, 2001
 
İbtidai fəlsəfə kursu, “Az dövlət nəşr.”, Bakı, 1966
 
Xəlilov S. Fəlsəfə: tarix və müasirlik. Bakı, “Bakı Universiteti” nəşr., 2006
 
Qunnar Skirberk və Nils Gilye. Fəlsəfə tarixi. Bakı, “Zəkioğlu” nəşr., 2007
 
 
1. Dialektikanın mahiyyəti və strukturu
 
Dialektika yunan sözü olub mübahisə etmək, müsahibə aparmaq bacarığı 
deməkdir. Dialektika quldarlıq demokratiyasının inkişafı ilə əlaqədar olaraq 
mübahisə etmək, öz fikrləi sübuta yetirmək, adamları ona inandırmaq, özünün 
haqlı olduğunu əsaslandırmaq və bununla da dövlət, məhkəmə və başqa işlərin 


müzakirəsi zamanı tərəfdarlar qazanmaq bacarığının yüksək qiymətləndirildiyi 
Qədim yunan fəlsəfəsində meydana gəlmişdir.
Qədim Yunanıstanda dialektika dedikdə, müsahibə yolu ilə müsahibin 
mühakimələrindəki ziddiyyəti aşkara çıxarmaq, həqiqəti sübuta yetirmək sənəti 
başa düşülürdü. O zaman xüsusi hazırlıq və böyük ustalıq tələb edən dialoq sənəti 
onun
 
iştirakçılarının müzakirə olunan məsələlər ətrafında bir
-
birlərinə suallar 
verən alternativ nöqteyi
-
nəzəri başa düşməyi, onun nöqsanlarını, ziddiyyətlərini 
aşkara çıxarmaqla öz mövqeyinin üstünlüyünü sübuta yetirməyi ehtiva
edirdi. 
Mübahisə prosesində müsahiblərin şərik olduqları bir iddiadan hər iki tərəfin 
mühakimələrinin cilalandığı üçün başqasına doğru getməklə mövqelər yaxınlaşır 
və daha düzgün olur. Nəticədə müxtəlif mövqelər nəzərə alınmaqla 
mühakimələrin birtərəfliliyi aradan qaldırılır, həqiqətə yaxınlaşırdı.
Belə ictimai polemika praktikası böyük dialoq ustası olan Sokratın 
fəaliyyətində geniş tətbiq olunmuşdur. O, dialektikaya, müxtəlif, hətta əks 
fikirlərin toqquşması və uzlaşdırılması yolu ilə həqiqətin aşkara çıxarılması sənəti 
kimi baxırdı. Dialektikaya mübahisə, dialoq sənəti kimi baxılması Orta Əsrlərdə və 
sonralar da davam etmişdir. Uzun və mürəkkəb inkişaf yolu keçərək dünyanı dərk 
etməyin və dəyişdirməyin yeganə həqiqi fəlsəfi metoduna çevrilən, dünyaya 
vah
id, rabitəli bir tam kimi baxan, onu əbədi hərəkətdə, dəyişmə və inkişafda 
götürən dialektika təbiət, cəmiyyət, təfəkkür və idrakın ən ümumi inkişaf 
qanunları haqqında təlimə çevrilmişdir. 

Yüklə 1,62 Mb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin