FəLSƏFƏ, onun predmeti VƏ CƏMİYYƏTİn məNƏVİ İNKİŞafinda rolu



Yüklə 1,62 Mb.
Pdf görüntüsü
səhifə96/132
tarix28.11.2023
ölçüsü1,62 Mb.
#169340
1   ...   92   93   94   95   96   97   98   99   ...   132
Fəlsəfə mühazirə

şüurunu yaratmışdır
. Buna görə də insan şüurunun məzmununun bir hissəsini 
ictimai hadisələrin inikası təşkil edir. Beləliklə, insan beyninin funksiyası olan şüur, 
həm də ictimai praktikanın məhsuludur

Bu o deməkdir ki, cəmiyyətdən 
həmişəlik təcrid olunmuş adamda şüur ola bilməz.
Şüurun başlıca funksiyalarından biri
insanın davranış və hərəkətlərini 
tənzimləməkdir

Deyilənlər göstərir ki, 
yüksək dərəcədə təşəkkül tapmış materiyanın

yəni 
insan beyninin xarici aləmi psixi əks etdirmək xassəsi kimi yaranan şüur 
materiyanın uzun sürən təkamülünün nəticəsi, ictimai inkişafın məhsuludur

4. Mənlik şüuru
İnsan şüuru tələb edir ki, dünyaya münasibətdə müəyyən fəal mövqeyin 
daşıyıcısı olmaq etibarilə subyekt özünü digər subyektlərdən seçib ayırsın

İnsanın 
özünü seçib ayırması, özünə müəyyən münasibət bəsləməsi, öz imkanlarını 
obyektivcəsinə qiymətləndirməyi bacarması insan xarakteristikasının spesifik 
formasını təşkil edib, mənlik şüuru və ya özünüdərketmə adlanır.
Mənlik şüuru 
insanın özünə doğru yönəltdiyi şüurudur. Onun obyekti şüurun özüdür

Müxtəlif səviyyələrdə və müxtəlif formalarda təzahür edən mənlik şüuru 
tarixi inkişafda götürülən mürəkkəb törəmədir. 
Onun hal-
əhval adlanan 
birinci 
forması
insanın öz varlığını elementar şəkildə başa düşməsinə və özünü onu əhatə 


edən cisimlər və insanlar sırasına daxil etməsinə əsaslanır

Hətta
 
şeylərin 
mövcudluğunun insandan və onun şüurundan kənarda elementar tərzdə 
qavranılması belə mənlik şüurunun müəyyən formasını tələb edir. Hər hansı bir 
cismin mövcudluğuna inanmaq üçün onun qavranılması prosesinə insanın digər 
təbii və sosial sistemlər içərisində yerini müəyyən edən və onda baş verən
mahiyyətcə xarici aləmdəki dəyişikliklərdən fərqlənən prosesləri nəzərə ala bilən 
bir 
mexanizm daxil edilməlidir. Psixoloqlar təsdiq edirlər ki, gerçəkliyin heç olmasa 
qavrayış səviyyəsində dərk olunması bu prosesə müəyyən bir “dünya sxeminin” 
daxil edilməsini tələb edir.
Mənlik şüurunun 

Yüklə 1,62 Mb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin