Ənənəvi olaraq Hind və Çin mütəfəkkirlərinin rolunu azaltmadan insan haqqında təlimi yaradan ilk filosof kimi Sokratın (b.er.əv.470– 399) olduğu göstərilir. Onun sələfləri və müasirləri, məsələn, sofistlər insan probleminə mühüm əhəmiyyət verməklərinə baxmayaraq, ilk dəfə olaraq Sokrat, Siseronun şəhadətinə görə, antik müdriklərin hamısından əvvəl fəlsəfəni və kosmik problematikanı yerə endirdi, şəhərlərə və digər insan məskənlərinə diqqət artırıldı, vətəndaşları, hər şeydən əvvəl öz həyatı, zövqü, xeyir və şər haqqında düşünməyə məcbur etdi. Sokrat əsas diqqəti insanın daxili həyatına vermişdir.