Femur boyun siniqlarinda kanalli şurupun yiVLİ QİSMİNƏ AÇilan dəLİKLƏRDƏn təZYİq altinda sement veriLƏRƏk tutma güCÜNÜn artirilmasi



Yüklə 1,63 Mb.
Pdf görüntüsü
səhifə10/41
tarix02.01.2022
ölçüsü1,63 Mb.
#1432
1   ...   6   7   8   9   10   11   12   13   ...   41
a     

                     b   

 

Şəkil 4. Bud sümüyü başına tutunmayı güçləndirmək üçün müxtəlif dizaynlı implantlar;  



a. Hanssonun cüt qarmaqlı mili; b. Rydellin yaylı dörd yaxalıqlı mili 

 

        Digər  cərrahlar  isə  implantın  bud  sümüyü  başina  tutunmasını  artırmaq  üçün  yeni 



dizaynlar  etmişlər.  Rydell  (1964)  dörd  yaxalıqlı  milinə  yay  əlavə  etmişdir.  Hansson 

(1982) isə ucunda qarmağı olan millər istifadə etmişdir (Şəkil 4a,b). (21,24,44). 



       

      

2.2. Bud-Çanaq Oynağının Anatomiyası və Bud Sümüyü Başının 

                                          Vaskulyarizasiyası 

       


      

Bud-Çanaq  oynağı  kürə  şəklində  diartroidal  oynaqdır.  Bud-Çanaq  oynağının 

stabillliyi  eyni  zamanda  geniş  hərəkət  açıqlığına  şərait  yaradan  sümük  strukturundan 

asılıdır. Asetabulum fibroz qığırdaqdan əmələ gələn labrumla daha da dərinləşir.  Oynaq 

kapsulu öndən bud sümüyü  boynunu  aşaraq  burma    qabarına qədər uzanır, arxada isə 

bud sümüyü boynunu qismən örtür. Oynağı örtən fibroz kapsula zona orbicularis  adı 

verilən daha çox arxada görülən sirkulyar liflər daxildir. Kapsula üç əsas bağdan əmələ 

gəlmişdir. İliofemoral bağ insan bədənində ən güclü bağdır. Digər bağlar işiofemoral və 

pubofemoral bağlardır. Bunlar daha zəif bağlardır, amma əlavə stabillik əmələ gətirirlər. 

Bud  sümüyü  boynuna  bağlanan  sinoviumun  kambium  qatı  yoxdur.  Buna  görə  də  bud 

sümüyü  boynu  sınıqlarından  sonra  periostal  kallus  əmələ  gəlmir  və  sağalma  ancaq 

endosteal bitişmədən asılıdır. 

      Bud  sümüyü  başının  üçdə  ikisini  hiyalin  qığırdaq  örtür.  Medial  və  az  anteriordakı 

bölgəsində  qığırdaqla  örtülməyən  fovea  capitis  yerləşir.  Bura  asetabulum  çuxurundan 




18 

 

başlayan  bud  sümüyü  başı  bağının  yapişma  nöqtəsidir.  Bud  sümüyü  cisminin  güclü 



medial  korteksi  boynun  iç  tərəfində  "Adam's  arch"  adını  alaraq  davam  edir.  Bud 

sümüyü  kalkarı  kiçik  burma  altında  bud  sümüyü  cisminin  posteromedial  qismindən 

başlayan,  bayıra  böyük  burmaya  doğru  davam  edən,  qalın  şaqüli  yerləşən  sümük 

təbəqəsidir  və  bud  sümüyü  boynunu  posteroinferiordan  gücləndirir(Şəkil  5,a).  Bud 

sümüyü kalkarı iç tərəfdə daha qalındır və bayıra getdikcə incəlir. 

                      

 


Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin