36
3.3. Bud Sümüyü Başlarının Təcrübə Üçün Hazırlanması
Təcrübədə 48 ədəd bud sümüyü başı istifadə edildi. Bud sümüyü başları bud
sümüyü boyun sınığı səbəbi ilə artroplastika əməliyyatı keçirmiş xəstələrdən perop
alındı. Ümumiyyətlə isə patoloji sınıq keçirməmiş xəstələrin bud sümüyü başları
üstündə "təhlükəli zibil" yazılan torbalara qoyularaq uzaqlaşdırılır. Təcrübədə istifadə
edilən sümüklər patoloji sınığı olmayanlardan alınmışdı. Iki planda çəkilən rentgenlərlə
fokal patologiyası və ya bəd xassəli şişi olan xəstələr təcrübədən çıxardıldı.(5,22,38,50).
Alınan bud sümüyü başları izotonik məhlulla isladılmış qazlara bükülüb plastik
torbalara qoyulduqdan sonra -20º-də buzluqlara yerləşdirildi. Təcrübədən 24 saat əvvəl
başlar buzluqdan çıxardılıb əridildi.(2,38,50).
Bud sümüyü başlarının donu açıldıqdan sonra Q-KT(general Electric, Hi Speed
Dual) istifadə edilərək sümüyün mineral sıxlıqları ölçüldü. Bu ölçülmələr M.U.
Xəstəxanası Radiologiya kafedrasının avadanlığından istifadə edilərək həyata keçirildi.
Eyni və ya yaxın sümük sıxlığı olan başlar təcrübə və kontrol olaraq müqayisə
qruplarına bölündü.(5,52).
Dostları ilə paylaş: