10
QISALTMALAR
AO/ASIF: Albeitgemeinshaft fur osteosynthenfragen/Assocition for the
study of internal fixation
AP: Anteroposterior(ön-arxa)
LAT: Lateral
KT: Kompüter tomoqrafiya
SMS: Sümük mineral sıxlığı
MRT: Maqnetik rezonans tomoqrafiya
PMMA: Polimetil metakrilat
Q-KT: Quantitative(keyfiyyət) kompüter tomoqrafiya
11
1.
GİRİŞ və MƏQSƏD
Yer kürəsində insanların ömrü uzandıqca bud sümüyü boynu sınıqları da
artmaqdadır. Bu sınıqlar bəşəriyyətin hal hazırda ən ciddi sosio-iqtisadi
problemlərindən birini təşkil edir. Əhalisi təqribən üç yüz milyon olan ABŞ-da hər il
280000 bud sümüyü boynu sınığı qeyd edilir və müalicəyə alınır. 2050-ci ildə bu
miqdarın 2 qat artacaği düşünülür.(45). Bu xəstələrin xəstəxanada yatış günləri onkoloji
xəstələrinkindən də çoxdur.(24).
Bud sümüyü boynu sınıqları müalicə nöqtəyi nəzərən ortoped-travmatoloqlar
arasında həmişə mübahisə mövzusu olmuşdur və indi də bu patologiyanın müalicəsində
kifayət qədər müvəffəqiyyət əldə olunmamışdır. İnkişaf etmiş ölkələrdə yaşlı əhali
getdikcə artmaqda və osteoparozun qabağının alınması üçün istifadə olunan dərmanlar
da bu sınıqların miqdarını azaltmamaqdadır. Bunun nəticəsidir ki, bu xəstələtin
osteoparozlu sümüklərindəki sınıqların müalicəsində internal fiksasiya metodu ilə
müalicə getdikcə azalmaqda və artroplastika əməliyyatları isə artmaqdadır.
Artroplastika əməliyyatları isə müalicə məsrəflərini artırmaqdadır.(1,9,14,24,43,49).
Bud sümüyü boyun sınıqlarında artroplastika əməliyyatlarının üstün cəhətləri olduğu
kimi çatışmayan cəhətləri də var.(7).
Bud sümüyü boyun sınıqları əksəriyyət ölkələrdə 65 yaşın üstündəki xəstələrdə
artroplastika metodu ilə müalicə edilir. Bu metodla bud sümüyü başı çıxarılır və
nəticədə insan orqanizminə aid hissə metal bir protezlə dəyişdirilir. Bu metodda internal
fiksasiyaya nəzərən daha çoz ağırlaşma görülür. Eyni zamanda kanallı vintlərlə
müqayisə edildikdə artroplastika təqribən on qat bahalı metoddur. Meta-analiz
təcrübələrdə artroplastika təkrar əməliyyatları azaltmasına baxmayaraq, infeksiya,
əməliyyat zamanı qan itirilməsi, əməliyyat vaxtını və ölüm nisbətini artırır.(7). Əvəllər
istifadə olunan kanallı vintlərlə kifayət qədər fiksasiya əldə edilmədiyi üçün bu yaş qrup
xəstələrin müalicəsində artıq istifadə edilmir.
12
Digər tərəfdən bud sümüyü boyun sınıqlarının internal fiksasiya ilə təsbit
metodlarının inkişafında təcrübələr davam etdirilmiş, ancaq Richards kompressiya mili
və kanallı vintlər xaricində əsaslı addım atıla bilinməmışdır.(8,11,23,31).
Xəstələrin 10-15%-ində cərrahdan asılı olmayan ağırlaşmalar baş verir. Təcili
əməliyyat, anatomik reduksiya, sınıq xəttində kompressiya, sərt internal fiksasiya
cərrahdan, materialdan və sınıq tipindən asılı olan faktorlardır. Bud sümüyü başının
vaskulyarizasiyasındakı damarların zərər görməsi cərrahdan asılı deyil, amma uyğun
olmayan reduksiya və implant çatışmazlığı bunu daha da artırır.(45). Meta-analiz
təcrübələrdə bud sümüyü başının avaskulyar nekrozu 11-19 % və psevtoartrozu isə
23-37 %-dir.(31).
Bud sümüyü boynu sınıqlarında internal fiksasiyanın mexanik stabilliyini artırmaq
üçün vintlər üç nöqtə prinsipi ilə qoyulmalıdır(lateral korteks, bud sümüyü kalkarı və
subxondral sümük).(24). Xəstələrin çoxu yaşlı olduğu üçün osteoparoz nəticəsində
internal fiksasiyanın çatışmamazlığı əmələ gəlir. Sınığın stabilliyi və bitişmasi arasında
korrelyasiya təcrübələrlə sübut edilmişdir.(43). İmplantın miqrasiyasını azaltmaq və
ikincili sınıq yerdəyişməsinin qarşısını almaq üçün bud sümüyü başına daha möhkəm
tutuna bilən müxtəlif dizaynlı vintlər icad edilmiş və ya müxtəlif materiallarla (PMMA,
Kalsiyum fosfat) vintin tutma gücü artırılmışdır.(14,35,36,38,49).
Bizim dizayn etdiyimiz kanallı vintin bud sümüyü başını tutan yivli qismi üzərində
dəliklər var. Vintin kanal qismi içindən bud sümüyü başına maye PMMA təzyiq altında
inyeksiya edilərək sınığın daha yaxşı fiksə ediləcəyini düşündük. Bu gücləndirmə ilə
implant miqrasiyasının və ikincili sınıq yerdəyişməsinin qabağının alınması məqsədi
güddük. Eyni zamanda sərt fiksasiya ilə xəstələrin daha əvvəl mobilizasiya ediləcəyinə
inanırdıq.
Proyektimiz bu mövzuda keçmiş təcrübələrə və müasir texnologiyaya əsaslanır və
elmi ədəbiyyata uyğun olduğu üçün asan qəbul edilən və geniş istifadə ediləcək yeni
metod inkişaf etdirmə məqsədi daşıyır.