Cut Out(Kompressiya) Testləri
Cut out(Kompressiya testi) qrupunda bud sümüyü başına yerləşdirilən vintin çöldə
qalan qismi 135º bucaq altında tutucuya bərkidildi(Şəkil 26). Tutucu özü isə şaquli xəttə
25º bucaq altında İnstron cihazının alt qısqacına oturduldu.(5). Polietilen kap İnstron
cihazının üst qısqacına taxıldıqdan sonra bud sümüyü başına şaquli vaziyyətdə aksial
yüklənmə tətbiq edildi. Yüklənmə əvvəlcə 5 N-la başlayıb 2 mm/dəq. kompressiya ilə
implant çatışmazlığı əmələ gələnə qədər (ən az 5 mm) davam etdirildi.(2). Çatışmazlıq
nöqtəsi yüklənmə-yerdəyişmə tablosunda özünü xəttin ani düşməsi ilə(fiksasiya
yerindəki sınığa və ya implant sınmasına bağlı) göstərdi.(22,50).
Dostları ilə paylaş: |