Femur boyun siniqlarinda kanalli şurupun yiVLİ QİSMİNƏ AÇilan dəLİKLƏRDƏn təZYİq altinda sement veriLƏRƏk tutma güCÜNÜn artirilmasi



Yüklə 1,63 Mb.
Pdf görüntüsü
səhifə14/41
tarix02.01.2022
ölçüsü1,63 Mb.
#1432
1   ...   10   11   12   13   14   15   16   17   ...   41
      

2.3.1. Etiologiya və Epidemiologiya 

        


      

Normal sümüyə malik gənclərdə və osteoparoza az rast gəlinən qara dərili amerikalı 

və  cənubi  afrikali  Bantularda  bud  sümüyü  boyun  sınıqları  az  görülür.    ABŞ-da  bud 

sümüyü boyun sınıqları ən çox ağ dərili qadınlarda, sonra ağ dərili kişilərdə, ardından 

qara  dərili  qadınlarda  və  ən  az  da  qara  dərili  kişilərdə  olur.  Elffors  et  al.  bud  sümüyü 

boyun  sınıqlarının  kişi  və  qadınlarda  yaş  artdıqca  həndəsi  silsilə  ilə  artdığını 

bildirmişdir.(9,13). 

      Aitkin  1984-c  ildə  çap  etdirdiyi  məqalədə  bud  sümüyü  boyun  sınığı  keçirmiş 

xəstələrin  84%-də  orta  və  ya  yüksək  dərəcədə  osteoparoz  olduğunu  göstərmişdir.(1). 

Sümük sıxlığının ölçülməsi  sınıq riski daşıyan xəstələri müəyyən etmək üçün həmişə 

etibarlı bir metod olmasa da, sınığı olan xəstələrin yaş və cinsiyyəti oxşar olan kontrol 

qruplarına  görə  daha  sıx  osteoparozlu  olduğu  müəyyən  edilmişdir.  Sümüyün  mineral 

tərkibi 65 yaşın üstündə olan xəstələrin 50%-ində, 85 yaş üstündəkilərin isə 100%-ində 



21 

 

sınıq  riski  altındadır.  Bud  sümüyü  boynu  sınıqlarının  görülmə  sıxlığına  osteoparozla 



birgə başqa faktorların da təsir edtdiyi düşünülür.(9). 

      Osteoparoz  bud  sümüyü  boyun  sınıqlarının  nəinki  etiologiyasında,  eyni  zamanda 

müalicəsində  də  böyük  rol  oynayır.  Osteoparozlu  sümük  bud  sümüyü  boynunun  arxa 

korteksinin  parçalı  sınığına  yol  aça  bilir  və  eyni  zamanda  sümük  keyfiyyətinin  aşağı 

olması  səbəbi  ilə  internal  fiksasiya  implantlarının  kifayət  qədər  tutunmasının  qarşısını 

alır.  Arnold  et  al.  internal  fiksasiyada  müvəffəqiyyətsizliyi  və  sınığın  bitişməməsini 

osteoparozla əlaqələndirmişdir.(66). Swiontkowski et al. bud sümüyü boyun sınıqlarının 

internal  fiksasiyasının  stabilliyində  əsas  faktor  olaraq  sümüyün  keyfiyətini 

göstərmişdir.(51). 

      Bud sümüyü boyun sınığı keçirmiş xəstələrin çoxu kiçik travma keçirir. Kocher bud 

sümüyü  boyun  sınıqlarında  iki  əsas  mexanizmanı  göstərmişdir.  Birinci  növ 

mexanizmada  bud  sümüyü  boyun  sınığı  xəstələrin  böyük  burma  üstünə  yıxılması 

nəticəsində baş verir. İkinci mexanizmada isə sınığa aşağı ətrafın bayır rotasiyası səbəb 

olur.  Bu  mexanizmada  boyun  arxaya  dönərkən  bud  sümüyü  başı  anterior  kapsulaya 

möhkəmcə dayanır və posterior korteks asetabuluma sıxışdığı üçün bud sümüyü boynu 

sınır.(30). Daha sonra üçüncü mexanizma irəli sürülmüşdür. Bu mexanizmada mikro və 

makro  sınıq  əmələ  gətirən  siklik  yüklənmə  rol  oynayır.  Fizioloji  səviyyədə  olan 

qüvvətlərin  osteoparozlu  sümükdə  sınıq  əmələ  gətirdiyi  göstərilib.  Bu  tip  stres 

sınıqlarından sonra kiçik torsional travma tam sınığa dönüşə bilər.(9). 

      Bud  sümüyü  boyun  sınığı  gənc  xəstələrdə  çox  vaxtı  bud  sümüyü  cismi  boyu 

rotasional  komponentin  olub  olmamasından  asılı  olmayaraq  gələn  birbaşa  qüvvət 

nəticəsində  baş  verir.  Travmanın  böyük  olması  daha  çox  yumşaq  toxuma  hasarına  və 

parçalı  sınığa  səbəb  olur.  Bu  da  müalicədə  müvəffəqiyyət  əldə  etmə  insidansını 

azaldır.(4,9). 

 

      



Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin