Yerini dəyişmiş bud sümüyü boyun sınıqlarının müəyyən edilməsi çətin deyildir.
Xəstə qalça nahiyəsindəki ağrı səbəbi ilə hərəkət edə bilmir, eyni tərəf aşağı ətraf bayır
22
rotasiyada, abduksiyada və qarşı tərəfə görə qısa olur. Valqus impaksiyada olan
sınıqlarda isə aşağı ətraf azacıq uzun görünə bilər. Stres və ya impaksiyalı bud sümüyü
boyun sınıqlarında xəstə qasıq nahiyəsində və dizin iç tərəfinə yayılan ağrıdan şikayət
edir. Fiziki müayinədə bud-çanaq oynağı hərəkəti tam olur. Sınıq vaxtında müəyyən
edilməzsə və xəstə eyni tərəf üstünə yüklənməyə davam edərsə sınıq yerini dəyişdirib
tam sınığa çevrilə bilər. Kliniki müayinədə burma və bud sümüyü boyun sınıqları
həmişə ayırd edilməyə bilər. Burma sınıqlarında daha çox ağrı olur. Yerli ödem hər
ikisində görülür, amma burma sınıqlarında qalça ətrafında (oynaq xarici sınıq) əmələ
gələn hematoma nəticəsində ekximozlar olur. Palpasiya ilə ağrı bud sümüyü boynu
sınıqlarında qasıqda, burma sınıqlarında isə burma üstü nahiyədə olur.(9,24,45).
Dostları ilə paylaş: