Femur boyun siniqlarinda kanalli şurupun yiVLİ QİSMİNƏ AÇilan dəLİKLƏRDƏn təZYİq altinda sement veriLƏRƏk tutma güCÜNÜn artirilmasi



Yüklə 1,63 Mb.
Pdf görüntüsü
səhifə20/41
tarix02.01.2022
ölçüsü1,63 Mb.
#1432
1   ...   16   17   18   19   20   21   22   23   ...   41
müalicəsi 

 

a.

 

Çoxlu  kanselloz  kanallı  vintlərlə  internal  fiksasiya:  Bütün yerini dəyişməmiş 

və  valqus  impaksiyalı  sınıqlar  çoxlu  paralel  kanselloz  kanallı  vintlərlə  fiksasiya 




27 

 

edilməlidir.  Sınığın  yerini  dəyişməməsi  üçün  bu  əməliyyatın  24  saat  içində 



edilməsi məsləhət görülür. 

 

b.



 

Dinamik qalça mili: 31-ci

 

səhifədə göstərilmişdir. 



 

Qismi və tam yerini dəyişmiş bud sümüyü boyun sınıqlarının cərrahi müalicəsi 

 

       6 saat ərzinda edilən təcili əməliyyatla oynaq daxili intakt damarlardakı bükülmə ilə 

əlaqədar mənfəzin daralması açıla bilər. 

       Qismi  və  tam  sınıqların  internal  fiksasiyası  ilə  cərrahi  müalicəsi  vaxtı  skopiya 

nəzarəti  altında  əvvəlcə  sınığın  reduksiya  edilməsi  lazımdır.  Sınığın  reduksiyasında 

qapalı və açıq metodlar tətbiq edilə bilər. Ümumiyyətlə isə əvvəlcə sınıq qapalı olaraq 

reduksiya edilməyə çalışılır. Qapalı metodla reduksiya edilə bilməyən sınıqlarda oynaq 

kapsulası açılaraq açıq reduksiya tətbiq edilir.(9,45). 

       Əməliyyat  sınıq  masasında  edilir.  Normal  tərəf  bud-çanaq  oynağı  fleksiyada  və 

bayır  rotasiyada,  diz  isə  fleksiyada  ikən  ayaq  lövhəsinə  təsbit  edilir.  Bir  neçə  qapalı 

reduksiya  metodu  mövcuddur.  Whitman  metodunda  sınıq  tərəf  aşağı  ətraf  ayaq 

lövhəsinə  taxıldıqdan  sonra  bayır  rotasiyaya  gətirilir.  Ardından  20º  abduksiyaya 

gətirildikdən  sonra  dartma  tətbiq  edilir.  Daha  sonra  patella  20º-30º  iç  tərəfə  dönənə 

qədər  iç  rotasiya  verilir.  Skopiya  altında  baxılır.  Əgər  sınıq  reduksiya  edilibsə,  iç 

rotasiyada kilitlənir.(45,55). 

       Reduksiya  üçün  yan  flüoroskopiyada  anatomik  pozisiya,  ön-arxa  flüoroskopiyada 

isə  anatomik  və  ya  az  miqdarda  valqus  qəbul  edilə  bilər.  Qəbul  edilə  bilən  reduksiya 

üçün Garden AP və LAT skopiyalarda trabekulyar sistemin düzülüşünü istifadə etməyi 

məsləhət görmüşdür. Garden indeksinə əsaslanaraq AP planda çəkilən skopiyada medial 

trabekulyar sistemlə medial korteks arasındakı bucağın 160º-180º arasında olmağına səy 

göstərmək  lazımdır.  LAT  planda  çəkilən  skopiyada  isə  180º-dən  ən  çox  20º  fərq  ola 

bilər.(17). 

 



28 

 

       Paralel  kanselloz  kanallı  vint  ilə  fiksasiya:  Bud  sümüyü  boyun  sınıqlarının 



stabilizasiyası  üçün  müxtəlif  metodlar  göstərilmişdir,  amma  üç  bucaq  və  ya  tərs  üç 

bucaq vint konfiqurasiyası ən çox tərcih edilən metodlardır (Şəkil 12.). (9,45). 

 

 

 




Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin