2.3.4. Müalicə
2.3.4.1. Konservativ müalicə
Təcili mobilizasiya və uzun müddətli yataq istirahətinin ağırlaşmalarını azaltmaq
üçün cərrahi müalicə bud sümüyü boynu sınıqlarında ən çox tərcih edilən metoddur.
Bəzən xüsusilə anesteziya ilə əlaqədar yüksək ölüm risqi daşıyan xəstələrdə konservativ
müalicə tətbiq olunur(məsələn: yaxın vaxtda miokard infarktı keçirmiş xəstə). Sınıq
səbəbi ilə az ağrısı olan və nonambulator xəstələrdə də konservativ müalicə uyğundur.
Konservativ müalicə tətbiq edilən xəstələrin ağrısı azaldıqdan sonra erkən oturdulmalı
və mobilizə edilməlidir.(9,45).
2.3.4.2. Cərrahi Müalicə
Cərrahi müalicə üsulu olaraq kanselloz kanallı vintlər və dinamik qalça vinti istifadə
edilərək, qapalı və ya açıq reduksiya və internal fiksasiya edilə bilər. İnternal fiksasiya
üçün uyğun olmayan xəstələrdə isə bipolar və ya unipolar hemiartroplastika və bud-
çanaq oynağı protezi taxılması əməliyyatları tətbiq edilir.
2.3.4.2.1. Açıq və ya Qapalı Reduksiya və İnternal Fiksasiya
Yerini dəyişməmiş və İmpaksiyalı bud sümüyü boynu sınıqlarının cərrahi
Dostları ilə paylaş: |