Şəkil 12. Vint konfiqurasiyası: A. Tərs üçbucaq ve B. Üçbucaq konfiqurasiyası
Sınıq reduksiya edildikdən sonra böyük burma inferiorunda 3 cm lateral kəsik edilir.
Skopiya nəzarəti altında lateral korteksdən bud sümüyü başına 3 ədəd K-telləri
göndərilir. İnferiorda qalan K-telləri kiçik burmanın altında olmamalıdır. Belə olduqda
bu konfiqurasiya subtroxanterik sınıq risqini artırır. K-telləri boyu bud sümüyü başına
subxondral nahiyəyə qədər oyucularla oyulduqdan sonra yol açıcı ilə vint üçün yol
açılır. Vint uzunluğu ölçüsü müəyyən edildikdən sonra vintlər 5 mm subxondral
nahiyəyə qədər göndərilir(Şəkil 13,14). Vint uzunluğü və yeri skopiya ilə kontrol edilir.
Vintlərin pul ilə qoyulması sınıq xəttindəki kompressiyaya kömək edir.(45).
Şəkil 13. Kanselloz kanallı vintlərlə üçbucaq konfigurasiyada internal fiksasiya
|