Fənn: Azərbaycan dilində işgüzar və akademik kommunikasiya


Kommunikasiya şərti olaraq aşağıdakı mərhələlərə bölünür



Yüklə 234,22 Kb.
səhifə3/7
tarix04.10.2023
ölçüsü234,22 Kb.
#152004
1   2   3   4   5   6   7
F nn Az rbaycan dilind i g zar v akademik kommunikasiya

Kommunikasiya şərti olaraq aşağıdakı mərhələlərə bölünür:
1.informasiya mübadiləsinin başlanğıcı;
2.ideyaların söz, simvol, məlumatlarla təcəssümü;
3.informasiyanın seçilmiş rabitə vasitəsilə ötürülməsi;

  1. informasiyanın verbal və qeyri-verbal formada qəbul edilməsi;

5.əks-əlaqə mərhələsi kimi informasiyanı qəbul edənin ona cavabı.
Kommunikasiya və işgüzar kommunikasiya iştirakçıların aktivlik dərəcəsinə görə də fərqlənir. Kommunikasiyada həmişə bir nəfər aktiv olur, digəri və ya digərləri informasiya almaqda passivdirlər; rollar dəyişə bilər-qanunauyğunluq dəyişmir. İşgüzar kommunikasiyada eyni zamanda bütün tərəf-müqabilləri az və ya çox dərəcədə aktiv ola bilir, danışan (və ya yazan) nitqini, sadəcə, dinləməklə (və ya yazmaqla) ifadə etmir və bu təkcə informasiya qəbul etməyə (və ya ötürməyə) yönəlmir, həm də növbəli şəkildə şərhinə qarşılıqlı, aktiv reaksiya verir.Aktivlik şəxsi düşüncənin və sərbəstliyin nəticəsidir; ünsiyyət, bir proses kimi, şəxsiyyətdən ideya zənginliyi, fərdiliyini dərk və ifadə etməyi tələb edir, bu, nitq fəaliyyətinin vacib şərtidir.
Kommunikasiya şəbəkə funksiyasındadır-informasiya eyni zamanda işarələnmiş ünvan sahiblərinə göndərilir, bu halda informasiya alanların sayı kommunikasiyanın xarakterinə təsir göstərmir, böyük kollektiv olsalar da, onlar bu məlumatı fərdi, tək-tək qəbul edirlər. İşgüzar kommunikasiyada isə informasiya tərəf-müqabilləri arasında qarşılıqlı dəqiq ünvanlanma tələb edir.
Kommunikasiyada effektivlik informasiyanı göndərmək və almaq dərəcəsi ilə qiymətləndirilir, əvəzində informasiya alana onu mütləq dərk etmək tələbi qoyulmur-informasiya verən zaman ötürdüyünün fərqinə varmır. Deməli, kommunikasiyada informasiya dərk edilməyə də bilər.İşgüzar kommunikasiyada isə effektivlik ilk növbədə tərəf-müqabillərin necə anlamasıdır. Anlamaq həm ünsiyyətə, həm də tərəflərə aid edilir, danışıqda informasiyanı qəbul etmək olar, anlamağın bir səviyyəsi də insanın həm özünü anlamağı, informasiyanı ünvanlanmış adamların bunu başa düşə bilməsidir.Anlamağın nəticəsi son instansiyada gerçəkləşir-eyni xəbəri müxtəlif səviyyədə başa düşmək olar və bundan asılı olaraq, cavab da fərqli olacaq. Anlaşıqlı olmadığı halda kommunikasiya baş tutmaya bilər, tərəf-müqabilləri arasında ya fikir ümumiliyi baş verəcək, ya da verməyəcək.
Hər bir insan özünəməxsus ünsiyyət tərzinə malikdir. İstənilən həmsöhbət təkrarsızdır. Buna baxmayaraq, onları müəyyən ümumi xarakterik cəhətlərinə görə qruplaşdırmaq mümkündür.Ünsiyyət insan fəaliyyəti, insanın iştirak etdiyi proses olduğu üçün, ünsiyyət zamanı ilk növbədə nitq etiketinin xüsusiyyəti nəzərə alınır.
Mənşəyinə görə etiket (etiquette) fransız sözü olub, davranış və ünsiyyət normalarına əməl edilməsini nəzərdə tutur. Nitq etiketi dedikdə, nitq davranışının qaydaları, ünsiyyətin nitq formulları sistemi başa düşülür.Nitq etiketinə yiyələnmiş olmağın səviyyəsi insanın peşə yararlılığı səviyyəsini müəyyən edir. Bu, ilk növbədə, dövlət qulluqçularına, siyasətçilərə, müəllimlərə, hüquqşünaslara, həkimlərə, menecerlərə, sahibkarlara, jurnalistlərə, xidmət sahəsində çalışanlara, yəni öz işinin xüsusiyyətinə görə daim insanlarla ünsiyyətdə olanlara aiddir.

Nitq etiketinə malik olmaq nüfuz qazanılmasına kömək edir, inam və hörmət yaradır.Nitq etiketi qaydalarını bilmək, onlara əməl etmək insana özünü inamlı və sərbəst hiss etmək imkam verir, insan öz səhvləri və düzgün olmayan hərəkətləri üçün narahatlıq keçirməkdən və başqalarının istehza hədəfi olmaq qorxusundan qurtarır.
İntensiv nitq fəaliyyəti (linqvointensiv) tələb edən peşə sahibləri tərəfindən nitq etiketlərinə əməl edilməsi həm də tərbiyəvi əhəmiyyətə malik olaraq, istəristəməz cəmiyyətin həm nitq, həm də ümumi mədəniyyətinin yüksəlməsinə səbəb olur. Bu və ya digər müəssisənin, istehsal sahəsinin, ofisin kollektivinin üzvləri tərəfindən nitq etiketi qaydalarına qüsursuz şəkildə əməl edilməsi müştərilərdə, həmtəsisçilərdə, tərəfdaşlarda xoş təəssürat yaradır, bütün müəssisənin müsbət imicini mühafizə edir. Bəs nitq etiketinin formalaşması və ondan istifadəni müəyyən edən amillər hansılardır? Nitq etiketi işgüzar münasibətlərə daxil olmuş tərəfdaşların xüsusiyyətləri, onların sosial statusları, peşəsi, milliyyəti, dini, yaşı, cinsi, xarakteri nəzərə alınmaqla qurulur. Nitq etiketi ünsiyyətin baş verdiyi vəziyyətlə də müəyyən edilir. Bu, bir təqdimat, konfrans, simpozium, müşavirə, məsləhət, firmanın yubileyi və s. də ola bilər.Nitq etiketi müəyyən mənada cəmiyyətin mənəvi vəziyyətini, onun əxlaqi dayaqlarını əks etdirir.
Azərbaycan dilinin özünəməxsus dil xüsusiyyətləri vardır.Adət-ənənələrdə olan keyfiyyətlər dilə də sirayət etmişdir: böyüklərin yanında (və ya onlardan icazəsiz) danışmaq olmaz, bir söz soruşulursa, ətraflı cavab verilməlidir (vaxt qıtlığı nəzərə alınmır), rastlaşarkən tanımadığın adamlarla da salamlaşmalısan və s. Doğrudur, Avropaya sürətli inteqrasiya dildə də bəzi ümumi qaydalar yaratmışdır, lakin milli qaydalar əsasən gözlənilir.
İstənilən ünsiyyət aktları başlanğıc, əsas və yekun hissəyə malikdir. Əgər nitqin ünvanlandığı adam nitqin subyektinə tanış deyilsə, ünsiyyət tanışlıqdan başlayır. Tanışlıq etiketləri: İcazə ver(in) sizinlə (səninlə) tanış olum və s.
Müəssisə, ofis, idarələrdə məmurlardan biri ilə danışıqlar aparmalı və ona özünüzü təqdim etməlisinizsə, aşağıdakı formullardan istifadə edə bilərsiniz: İcazə verin (izninizlə) özümü təqdim edim.;
Bir çox ölkələrdə artıq illərdən bəridir ki, tanışlıq zamanı vizit kartlarından istifadə olunur. Bizdə də artıq bu təcrübədən istifadə edilməyə başlayıb. Vizit kartı tanışlıq zamanı qarşı tərəfə təqdim olunur. Kartın təqdim edildiyi adam onu almalı, ucadan oxumalı, sonra söhbətin keçirildiyi otaqda, arxasında əyləşdiyi masanın üzərinə, qarşısına qoymalıdır ki, həmsöhbətinin adını düzgün tələffüz etsin. Diskussiya mədəniyyəti.Adamlar gündəlik nitq praktikasında başqaları ilə dialoqa, fikir mübadiləsinə, diskussiyaya girirlər. Fikir mübadiləsi müxtəlif məqsədlərə (müəyyən bir informasiya, hadisə barədə məlumatlanmaq, müsahibini nəyəsə inandırmaq, sövq etmək, nədənsə çəkindirmək, deyilənlərə münasibət bildirmək və s.) xidmət edir.
“Dialoq” termini yunanca “dialoqos” sözündən götürülmüş, iki və daha çox şəxsin qarşılıqlı söhbəti, fikir mübadiləsi mənasını ehtiva edir. Geniş mənada dialoq müxtəlif əqidələrə, mədəniyyətlərə, siyasi görüşlərə, düşüncələrə mənsub insanların bir araya gələrək, mədəni ölçülər səviyyəsində bir-biri ilə danışması, müəyyən məsələlərin müzakirə edilməsi yoludur. Dialoq, əsasən, iki şəraitdə aparılır: a) ailədə, küçədə, bazarda, iş yerində, nəqliyyatda, məişət məclislərində, çayxanalarda və s. b) ictimai yerlərdə, elmi konfranslarda, simpoziumlarda, iclaslarda, tədris auditoriyalarında, radio və televiziya verilişlərində və s.
Hər bir şəraitdə adamların normal fikir mübadiləsi, bir-birini anlaması üçün müəyyən qaydalara, şərtlərə, etik normalara əməl olunmalıdır. Bunlardan ən başlıcası ünsiyyətin səmimiliyidir. Bu o deməkdir ki, birinci şəxs danışarkən digəri (və ya digərləri) onu axıra qədər dinləməli, müsahibinə fikrini açıqlamağa imkan verməli, sonra söhbətə qoşulmalıdır. Müsahibi mətləbdən uzaqlaşdığı, lüzumsuz məsələlərdən danışdığı, təfərrüata yol verdiyi zaman dinləyən tərəf “İcazə verin”, “Üzr istəyirəm”, “Sizin bu fikrinizə kiçicik bir düzəliş vermək istəyirəm”, “İcazə verin fikrinizə bir qədər aydınlıq gətirim” və s. kimi replikalarla onun danışığına müdaxilə edə bilər. Diskussiyada iştirak edənlər öz mövqeyini dəyişmək istəmədikdə belə deyilməlidir: “Mən sənin fikirlərini qiymətləndirirəm. Lakin öz fikirlərimə daha çox əminəm”. Danışan həmkarının fikirləri ilə razı olmaya bilər, lakin bununla belə ortaq məxrəcə gəlmək üçün yolların axtarılmasından imtina etməməlidir. Fikirlər qarşılıqlı anlama şəraitində, etik normalar çərçivəsində müzakirə edilməli, problemin həlli yolu tapılmalıdır.
Rəsmi yerlərdə vacib məsələlərlə bağlı aparılan dialoqlarda tərəflər səbrli və təmkinli olmalı, danışığın etik qaydalarına əməl etməlidirlər. Lakin bəzən belə olmur. Tərəflər mümkün qədər daha çox danışmağa, haqq-nahaq müsahibini susdurmağa, öz dediyini sübut etməyə çalışır, ucadan, qışqıra-qışqıra danışırlar. Diskussiya zamanı dialoqun tələb olunan qaydada səmərəli keçməsi üçün aşağıdakılar nəzərə alınmalıdır:
1. Müzakirəyə çıxarılan məsələnin mahiyyəti düzgün anlaşılmalıdır.
2.Müzakirədə müdafiə olunacaq mövqe və ideyalar dəqiq müəyyənləşdirilməlidir. Müzakirə olunan məsələdən yayınmaya yol verilməməlidir.

  1. Diskussiyaya hazırlaşarkən bütün mümkün məlumat mənbələri (ilkin mənbələr, statistik məlumatlar, ədəbiyyat və s.) nəzərdən keçirilməlidir.

  2. Fikir ayrılığının yaranacağı gözlənilərsə tərəflər öz mövqeyinin müdafiəsi üçün dəlillər, sübutlar hazırlamalıdır. Sübutlar məntiqi təfəkkürə əsaslanmalı, inandırıcı olub qarşı tərəfi qane etməlidir. Dəqiq və aydın faktlar ən yaxşı təkzib üsuludur. Əsaslandırma dəqiq faktlar üzərində qurulmalıdır.

  3. Rəqib opponentini diqqətlə dinləməli, onun fikrinin doğru məqamları ilə razılaşmalıdır.

  4. Mövqeyinin səhv olduğu sübut edilmiş tərəf opponentinin haqlı olduğunu etiraf etməyi bacarmalıdır.

  5. Adamlar deyil, yalnız onların ideyaları tənqid olunmalıdır.

  6. Tənqid zamanı emosiyaya qapılmamalı, qəzəblənməməli, təhqir və istehzaya yol verilməməlidir.

  7. Diskussiyanın məqsədi qalibi müəyyən etmək deyil, ümumi razılığa nail olmaqdır.

  8. Çıxışların sonunda yekun nəticələr qeyd edilməlidir. İstər adi danışıq, istərsə də diskussiya prosesində normal nitq tonuna da riayət olunmalıdır.


Yüklə 234,22 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin