Fənn: Azərbaycan tarixi Şöbə: “Tibb bacısı işi” 2 nömrəli Bakı Baza Tibb Kolleci



Yüklə 1,4 Mb.
Pdf görüntüsü
səhifə106/114
tarix12.05.2023
ölçüsü1,4 Mb.
#111879
1   ...   102   103   104   105   106   107   108   109   ...   114
Azərbaycan tarixi

Fənn: Azərbaycan tarixi 
 
Şöbə: “Tibb bacısı işi” 
2 nömrəli Bakı Baza Tibb Kolleci 
 97 
Tərbiyyə mürəkkəb və davamlı prosesdir. Onu, sadəcə olaraq, öyüd-nəsihət vermək, nəyəsə 
qadağa qoymaq kimi qavramaq düzgün deyil. 
Tərbiyyə kompleks yanaşma tələb edən dövlət siyasətidir. Elə bu səbəbdən Ulu öndər H.Əliyev 
prezident fəaliyyət dövründə imzaladığı ―Təhsil sahəsində isahat proqramı‖nda təlimlə yanaşı 
tərbiyəyə mühüm yer ayırmışdır. Gənc nəslin inkişafına xidmət edən təhsil strategiyasının bir qanadı 
təlimdirsə, digəri tərbiyədir. Çünki təhsil bir tərəfli qaydada tərəqqi, inkişaf edə bilməz. 
Heydər Əliyev yer kürəsini qarış-qarış gəzmiş müxtəlif ölkələrdə olmuşdur. Buna görə də, Ulu 
öndərə bu ölkələrdə yaşayan xalqların həyat və davranışı yaxşı bəllidir. O, həmişə Azərbaycan 
gənclərinin mənəvi dəyərlərini məhv olmasının qarşısını almağa çalışmışdır. Onun gənclərlə
ziyalılarla hər bir görüşü, məzmunlu söhbətləri mövcud bəlaları aradan qaldırmaq məqsədi ilə 
profilaktiki tədbirlər həyata keçirmişdir. Sir deyilki xarici düşmənlər ayrı-seçkilik, münaqişə toxumu 
səpmək üçün bir-biri ilə əməkdaşlığa girərkən məhz gənclərdən istifadə edirlər. Ona görə də tərbiyə 
prosesi elə qurulmalı, elə təşkil olunmalıdır ki, gənclərə öz vətəninə, tarixinə, dininə, ana dilinə, elmə, 
təhsilə məhəbbət ailə ilə birlikdə həmdə orta və ali məktəblərdə aşılansın. Ulu öndər H.Əliyev 
zəmanəsinin böyük pedaqoqu olmuşdur. O, ilk dəfə milli tərbiyənin proqramına gənc nəsli ruhi tərbiyə 
etməyi məsləhət bilmişdir. Gənclərin tərbiyəsində milli, dini adət və ənənələrimizdən istifadə etmək 
lazımdır. Əsrlərdən bu günümüzə gəlib çatan adət ənənələrimiz həmişə adamları saflığa, təmizliyə 
dəvət etmişdir. Milli və dini adət-ənənələrimiz bu prinsiplərə əsaslanır. Bu gün biz də gəncləri paklıq, 
saflıq, yüksək əxlaq ruhunda tərbiyə etməliyik. 
Heydər Əliyevin gənclərin əxlaq tərbiyəsi ilə bağlı tövsiyələri də olduqca maraqlı, həm də 
aktualdır. Təlim-tərbiyəyə diqqət zəifləyən kimi yabancı əxlaq tərzinin, pozğun mənəviyyatın sürətlə 
inkişafı başlanır. Belə halların qarşısını almaq üçün H.Əliyevin ağıllı tövsiyə və məsləhətləri 
gənclərimizin tərbiyəsində əvəzsiz rol oynamışdır. 
Azərbaycan Respublikası müstəqil bir dövlətdir. Müstəqilliyimizi əldə etdikdən sonra kənar 
qüvvələrin müxtəlif mənfi təsirlərin meydana gəlməsi müşahidə olunurdu. O zaman bir-biriylə 
rəqabətə girən, informasiya və reklam kanalları gənc nəslə mənfi təsir etməyə çalışırdılar. Okeanın o 
tayında istehsal olunan ucuz, məzmunsuz ekran əsərləri korrupsiyanı, narkomaniyanı, zorakılığı, 
anarxiyanı, terroru təbliğ edirdilər. Şübhəsiz, bunlar hələ bərkiyib formalaşmamış şüurları korlayır, 
onlarda gizli fikirlər yaradırdı. Bu isə dövlət başçısı kimi ulu öndər H.Əliyevi gənclərin hamisi və 
tərbiyəçisi kimi narahat etmişdir. Onun müstəqil Azərbaycan Respublikası gənclərinin birinci 
forumunda söylədikləri fikirlər ibrətamizdir. H.Əliyev demişdir: ―Burada gənclər arasında 
cinayətkarlıq haqqında, mənfi hallar haqqında da danışıldı. Bu həqiqətdir. Biz bu həqiqəti etiraf 
etməliyik, dərk etməliyik və bununla mübarizə aparmalıyıq‖. 
Ölkədə gənclərin tərbiyəsinə cavabdeh olan şəxslər bundan nəticə çıxarmalıdırlar. Zorakılığı, 
quldurluğu təbliğ edən ekran əsərlərinin qarşısını almaq üçün səlahiyyət və imkanlardan istifadə 
etməlidirlər. 
Azərbaycan Respublikasında gənclərin vətənpərvər ruhunda tərbiyəsinin əsas istiqamətlərindən 
biri də fiziki tərbiyədir. Sağlamlıq, gümrahlıq, fiziki kamillik insanın həyatında mühüm əhəmiyyətə 
malikdir. Müdriklər deyiblər ki, sağlam bədəndə sağlam ruh olar. Fiziki cəhətdən sağlam olan insan 
döyüşlərdə cəsarətli olar. Fiziki mədəniyyətin inkişafında əsas vasitə vətən tərbiyəsi və idmandır. 
Böyük idman ölkəni şöhrətləndirir, ölkəni dünyaya tanıdır. 
H.Əliyev idmanın inkişafına xüsusi diqqət ayıraraq Azərbaycan Milli Olimpiya Komitəsini 
yaratdı. Bir neçə ildən sonra Azərbaycan idmançıları müxtəlif beynəlxalq yarışlarda parlaq qələbələr 
qazandılar. Bu qələbələr Azərbaycanı dünyaya tanıtdılar. Bütün bunlar hər gün yüksəklərə ucalan 
Azərbaycan Respublikasının nailiyyətidir. Bu gün ölkəmizdə, müxtəlif rayonlarda bir-birindən gözəl 
idman kompleksləri tikilir, idmana xüsusi diqqət verilir. Bu diqqət H.Əliyevin davamçısı olan 
Azərbaycan Respublikasınıın prezidenti İlham Əliyev tərəfindən davam etdirilir. Ölkəmizdə xeyli 
idman və şahmat məktəbləri fəaliyyət göstərir. Yeniyetmə və gənclər idman ənənələri ruhunda tərbiyə 
alaraq öz fiziki sağlamlıqlarını möhkəmləndirirlər. Əlbətdə, ölkəmizdə inşa edilən olimpiya obyektləri, 
idman məktəbləri gənclərin fiziki tərbiyəsində mühüm rol oynayacaqdır. İdmanla məşğul olan hər bir 
insan həm fiziki, həm də mənəvi cəhətdən sağlam olur. Ölkəmizə isə sağlam gənclər, sağlam yeni nəsil 
lazımdır. 



Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin