Fənn: Azərbaycan tarixi
Şöbə: “Tibb bacısı işi”
2 nömrəli Bakı Baza Tibb Kolleci
105
Respublika Prezidenti İlham Əliyev öz fəaliyyəti dövründə Heydər Əliyev siyasi kursunu uğurla
davam etdirməklə yanaşı, ulu öndərin idarəçilik metodlarından da yaradıcılıqla istifadə etmişdir. Belə
ki, ölkə başçısı xalqın problemlərinə həssaslıqla yanaşmış və dövlət məmurlarından
da bunu tələb
edərək demişdir: «Tutduğu vəzifədən asılı olmayaraq hər bir rəhbərin başlıca vəzifəsi xalqa, millətə
xidmət etməkdir. Mən vəzifəli şəxslərə, xalqın onlara olan münasibətinə görə qiymət verəcəyəm». Bu
ideyanı öz fəaliyyətində əsas götürən dövlət başçısının qətiyyəti sayəsində ölkəmizin hərtərəfli inkişafı
üçün uğurlu nəticələr qazanılmışdır.
Ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi strategiya 2003-cü
ildən ölkəmizə
inamla rəhbərlik edən Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilmişdir. Bu strategiyanın
yeni dövrün tələblərinə uyğun əhəmiyyətli dərəcədə zənginləşdirilməsi milli iqtisadiyyatın regional və
qlobal sınaqlara dayanıqlığını artırmış, sosial-iqtisadi islahatlarla müəyyən edilmiş,
məqsədlərə nail
olunmasını, o cümlədən həmin siyasətin əsasını təşkil edən əhalinin sosial vəziyyətinin
yaxşılaşdırılmasını təmin etmişdir.
2005-cı ilin aprelində Milli Məclis ―Heydər Əliyev‖ ordeninin təsis edilməsi haqqında
qanun
qəbul etdi. ―Heydər Əliyev‖ ordeni ilə ilk dəfə Prezident İlham Əliyev təltif olundu.
2006-cı ilin fevral ayında Azərbaycan Prezidenti İlham Əliyev Dünya azərbaycanlılarının II
qurultayının keçirilməsi haqqında sərəncam imzaladı.
2006-cı ilin mart ayında Bakıda Dünya Azərbaycanlılarının II qurultayı keçirildi. Qurultay
xaricdə yaşayan soydaşlarımızın və həmvətənlərimizin Azərbaycan Respublikası ilə əlaqələrinin daha
da möhkəmlənməsi, eləcə də dünya azərbaycanlıları arasında birlik və həmrəyliyin təmin edilməsində
irəliyə doğru böyük bir addım oldu.
Ulu öndərimiz Heydər Əliyevin tarazlaşdırılmış xarici siyasət
kursu ötən müddət ərzində
Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilmiş və Azərbaycan dövlətinin xarici siyasət
xətti dəyişməz və dönməz olmuşdur. Belə ki, respublikamızın inkişafı,
nailiyyətləri barədə dünya
birliyinin ətraflı məlumatlandırılması, xaricdəki diasporumuzun fəaliyyətinin gücləndirilməsi,
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin maraqlarına uyğun nizamlanması
üçün müasir təbliğat metodlarından yaradıcılıqla istifadə edilərək çevik diplomatik addımlar atılması
Azərbaycanın xarici siyasətində öz əksini tapmışdır.
Ölkəmizin Qərb ailəsinə inteqrasiyasının reallaşdırılması, bölgədə
təhlükəsizliyin və regionun
inkişafı naminə əməkdaşlıqda maraqlı olan dövlətlərlə daha geniş münasibətlər yaratmaq sahəsində də
önəmli addımlar atılmış, beynəlxalq terrorizmə və digər bu kimi elementlərə qarşı mübarizədə isə
Azərbaycan həmişə ön sırada olmuşdur. Ən mühüm vəzifələrdən biri kimi böyük dövlətlərlə sıx
əlaqələr yaradılması təmin edilmiş və bütün ölkələrlə münasibətləri beynəlxalq hüquq normalarına
uyğun tərzdə qurmaq üçün əməli işlər görülmüşdür. Azərbaycan dünyadakı
müxtəlif beynəlxalq və
regional təşkilatların işlərinə fəal qoşulmaqla böyük dünya siyasətində özünün lazımınca iştirakına nail
ola bilmişdir. Eyni zamanda Dağlıq Qarabağ münaqişəsinin həlli yolunda bəzən Azərbaycana qarşı
tətbiq edilən ikili standartları aradan qaldırmaq üçün qətiyyətli addımlar atılmışdır.
Ümumiyyətlə, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda ictimai-siyasi sabitliyin
bərqərar olması, bütün sahələrdə aparılan demokratik islahatların uğurlu nəticələri ölkəmizin
beynəlxalq nüfuzunu daha da artırmış və onu dünyanın aparıcı dövlətlərindən birinə çevirmişdir.