Fənn: Azərbaycan tarixi Şöbə: “Tibb bacısı işi” 2 nömrəli Bakı Baza Tibb Kolleci 102 MÖVZU 43 Heydər Əliyevin uğurlu siyasəti Azərbaycan dövlətçiliyinin xilaskarı Heydər Əliyevin rəhbərliyə yenidən qayıdışı ilə ölkənin
ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində əsaslı dönüş yarandı.
Heydər Əliyev iqtisadi tənəzzülün qarşısını almaq üçün tədbirlər gördü. 1994-cü ilin iyul ayında
―Əhalinin sosial müdafiəsi haqqında‖ qanun qəbul edildi.
1994-cü il aprelin 5-də xarici ticarətin sərbəstləşdirilməsi haqqında, 1995-ci ilin fevralında isə
valyuta bazarı haqqında fərman verildi.
Dövlət mülkiyyətinin özəlləşdirilməsi, kiçik və orta sahibkarlığa dair dövlət proqramlarının
qəbul edilməsi nəticəsində respublikada ümumi daxili məhsulun 60 faizdən çoxu özəl müəssisələrdə
istehsal olunurdu.
İqtisadiyyatda struktur dəyişikliklərinin mühüm istiqamətlərindən biri aqrar islahatın həyata
keçirilməsi oldu. 1996-cı il iyulun 16-da ―Torpaq islahatı haqqında‖ qanun qəbul edildi. Bu qanuna
görə, bütün postsovet respublikalarından fərqli olaraq torpaq kənddə yaşayan vətəndaşların xüsusi
mülkiyyətinə pulsuz verildi.
Əsası Heydər Əliyev tərəfindən 1994-cü ildə qoyulan neft strategiyası 1998-2002-ci illərdə
dinamik inkişaf mərhələsinə qədəm qoydu, 15 dövlətin 33 neft şirkəti ilə müqavilələr bağlandı.
2001-ci ilin martında Azərbaycan qazının Bakı-Tbilisi-Ərzurum qaz kəməri vasitəsilə dünya
bazarına çıxarılması – tranziti, nəqli və satışı haqqında Türkiyə Cümhuriyyəti ilə, sentyabr ayında isə
Gürcüstan Respublikası ilə sazişlər imzalandı. Uzunluğu 1050 km olan bu nəhəng layihənin inşasına
2003-cü ilin fevral ayında başlandı.
2002-ci ilin sentyabr ayında Azərbaycan neftinin dünya bazarına nəql edilməsini təmin etmək
üçün uzunluğu 1730 km olan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin Azərbaycan hissəsinin
təməli qoyuldu. Gürcüstanda bu münasibətlə mərasim 2003-cü ilin mayında keçirildi.
Beynəlxalq iqtisadi əlaqələr yaradılması, Azərbaycanın dövlət müstəqilliyinin və suverenliyinin
möhkəmləndirilməsi, Dağlıq Qarabağ probleminin həllinə nail olunması bu mərhələdə dövlətimizin
xarici siyasətinin ana xətti olub. 1993-cü ilin əvvəlində Azərbaycanın dövlət müstəqilliyini artıq 116
dövlət tanımış, 70 xarici dövlətlə əlaqələr qurulmuşdu.
Respublikamız 1991-ci ildə İslam Konfransı Təşkilatına, 1992-ci ilin fevralında İqtisadi
Əməkdaşlıq Təşkilatına və həmin ilin iyun ayında Avropada Təhlükəsizlik və Əməkdaşlıq
Müşavirəsində (ATƏM) qoşuldu. Martın 2-də Birləşmiş Millətlər Təşkilatına üzv qəbul olundu.
Heydər Əliyevin bir çox ölkələrə rəsmi və işgüzar səfərləri diplomatiya tariximizdə yeni
mərhələnin başlanğıcı oldu.
Azərbaycan Respublikası 1993-cü il sentyabrın 24-də MDB-yə daxil oldu. 1994-cü ildə NATO-
nun ―Sülh naminə tərəfdaşlıq‖ proqramına qoşuldu. 1994-cü ilin dekabr ayında Macarıstanın paytaxtı
Budapeştdə keçirilən sammitdə Ermənistan-Azərbaycan münaqişəsini sülh olu ilə həll etmək üçün
ATƏT-in Minsk qrup həmsədrləri təsisatı yaradıldı.
1994-cü il sentyabrın 20-də Azərbaycan Dövlət Neft Şirkəti ilə ABŞ, Böyük Britaniya, Norveç,
Rusiya, Türkiyə, Səudiyyə Ərəbistanı və Yunanıstanın neft şirkətlərinin daxil olduğu konsorsium
arasında Xəzər dənizinin Azərbaycan sektorunda ―Azəri‖, ―Çıraq‖ və ―Günəşli‖ yataqlarının birgə
işlənməsi haqqında tarixə ―Əsrin müqaviləsi‖ adı ilə daxil olan saziş imzalandı.
Azərbaycan neftinin Avropa bazarına çıxarılması üçün Bakı-Novorossiysk və Bakı-Supsa
(Gürcüstan) neft kəmərləri çəkildi.
ABŞ-ın Ki-Uest şəhərindəki danışıqlarda Prezident Heydər Əliyevin qətiyyətli mövqeyi
sayəsində ABŞ Dövlət Departamenti, gec də olsa, 13 ildən sonra Ermənistanı təcavüzkar kimi tanıdı.
1996-cı ilin dekabrında keçirilmiş ATƏT-in Lissabon sammitində 54 ölkədən 53-ü Dağlıq
Qarabağ münaqişəsinin həllinə dair qəbul edilən bəyanatda Azərbaycanın ərazi bütövlüyü prinsipini
dəstəklədi.