Fənn: Azərbaycan tarixi Şöbə: “Tibb bacısı işi” 2 nömrəli Bakı Baza Tibb Kolleci 104 MÖVZU 44 İlham Əliyevin hakimiyyətə gəlməsi. Heydər Əliyev siyasətinin uğurlu davamı . Azərbaycanın daxili sabitliyinə, yüksək iqtisadi, siyasi, elmi, mədəni inkişafına və düzgün xarici
siyasət strategiyasına nail olan Heydər Əliyev kimi böyük tarixi şəxsiyyətdən sonra ölkəni idarə etmək
asan məsələ deyildi. Bu missiyanı yalnız Azərbaycan reallıqlarını düzgün qiymətləndirə bilən və
Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirməyə qadir olan şəxs yerinə yetirə bilərdi.
Belə bir vəziyyətdə 2003-cü il oktyabr ayının 15-də Azərbaycan Respublikasının Prezidentliyinə
alternativ əsasda keçirilən seçkilərdə Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini İlham Əliyev
böyük səs çoxluğu ilə qələbə qazandı. O, prezident seçildikdən sonra Heydər Əliyev siyasi kursunu
layiqincə davam etdirəcəyni bildirərək respublikanın taleyüklü məsələlərinin həllinə cəsarətlə başladı.
İlk olaraq ölkə başçısı 24 noyabr 2003-cü il tarixli «Azərbaycan Respublikasında sosial iqtisadi
inkişafın sürətləndirilməsi tədbirləri haqqında» fərman imzaladı. Az bir müddət ərzində xalq
təsərrüfatının bütün sahələrində müsbət irəliləyişlər özünü göstərdi.
Bunun ardınca Prezident İlham Əliyev 11 fevral 2004-cü il tarixli «Azərbaycan Respublikası
regionlarının sosial-iqtisadi inikşafı Dövlət Proqramının təsdiq edilməsi haqqında (2004-2008-ci illər)»
fərman verdi. Əsl fəaliyət proqramına çevrilən bu fərmanda irəli sürülən vəzifələrin həyata keçirilməsi
regionların kompleks inkişafınа, infrastruktur sahələrinin yenidən qurulmasına, yeni istehsal və emal
müəssisələrinin, obyektlərin yaradılmasına, iş yerlərinin açılmasına, əhalinin həyat səviyyəsinin daha
da yüksəldilməsinə təkan verdi.
Uğurla həyata keçirilən məqsədyönlü iqtisadi siyasət nəticəsində bütün sahələrdə olduğu kimi
kənd təsərrüfatının inkişafına da xüsusi diqqət yetirilmiş, sahibkarlığa qayğı isə dövlətin vacib
məsələsi kimi gündəmdə olmuşdur.
Respublikamız üçün önəmli əhəmiyyət kəsb edən və Ümummilli liderimiz Heydər Əiyevin səyi
nəticəsində ərsəyə gələn Bakı-Tbilisi-Ceyhan neft ixrac boru kəmərinin 2006-cı ilin may ayında
istismara verilməsi Prezident İlham Əliyevin ən böyük nailiyyətlərindəndir. Bundan başqa Bakı-
Tbilisi-Ərzurum qaz kəmərinin çəkilişi uğurla başa çatdırılmış və artıq 2007-ci ilin birinci rübündən
başlayaraq «Şahdəniz» yatağından çıxarılan Azərbaycan qazı bu qaz kəməri vasitəsilə ixrac edilməyə
başlamışdır. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin çəkilişi isə 2007-ci il fevralın 7-də Tbilisidə
Azərbaycan, Gürcüstan və Türkiyənin dövlət başçılarının görüşündən sonra reallaşmışdır.
Səhiyyənin inkişafı dövlətin qarşısında duran ən mühüm vəzifələrdən biri kimi daim diqqət
mərkəzində olmuşdur. Belə ki, respublikamızın müxtəlif regionlarında müasir tipli avadanlıqlarla
təchiz edilmiş onlarla xəstəxanalar, diaqnostika mərkəzləri, ambulatoriya-poliklinika müəssisələri
tikilib istifadəyə verilmişdir. Son illər səhiyyənin inkişafının sürətləndirilməsi sahəsində bir sıra
qanunlar və dövlət proqramları qəbul olunmuş, pullu xidmət isə ləğv edilmişdir. Bütün bunlar
respublika səhiyyəsinin gələcək inkişafına öz təsirini göstərməkdədir.
Ölkə başçısının 2007-ci il 16 aprel tarixli «2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici
ölkələrdə təhsili üzrə Dövlət Proqramı»nın təsdiq edilməsi barədə imzaladığı fərman təhsil sahəsinə
olan diqqətin bariz nümunəsidir.
Ölkə rəhbərliyinin idmana olan qayğısı nəticəsində mühüm nailiyyətlər qazanılmışdır. Belə ki,
idmançılarımız Olimpiya oyunlarında, dünya və Avropa çempionatlarında, beynəlxalq yarışlarda
idmanın ayrı-ayrı növlərində böyük uğurlar qazanmışlar. Bir sıra beynəlxalq yarışların, Avropa və
dünya çempionatlarının Azərbaycanda keçirilməsi ölkə idmanının nüfuzundan xəbər verir.
Heydər Əliyev Fondu mühüm layihələrin həyata kecirilməsi ilə yanaşı, problemlərinin həllinə
nail ola bilməyən vətəndaşların müraciətlərinə də diqqətlə yanaşmışdır. Ölkə prezidenti İlham Əliyevin
respublikanın regionlarına ardıcıl səfərlərini müşaiət edən Mehriban xanım Əliyeva ayrı-ayrı ucqar
əyalətlərdə məktəblərə, xəstəxanalara, uşaq təhsil tərbiyə müəssisələrinə baş cəkmiş, yerli sakinlərlə
görüşüb onların problemlərini dinləmiş və görüşlər zamanı diqqətə çatdırılan sosial mədəni problemlər
az sonra Heydər Əliyev Fondu tərəfindən öz həllini tapmışdır.