Fənn: Azərbaycan tarixi Şöbə: “Tibb bacısı işi” 2 nömrəli Bakı Baza Tibb Kolleci 101 əlaqələrinin inkişafında mühüm addım atıldı. 2004-cü ildə İ.Əliyev Ruminiyaya və Ukraynaya rəsmi
səfər etmişdir.
2004-cü ilin yanvar ayında Azərbaycan Prezidenti İ.Əliyevin İrana səfəri bu ölkələr arasında
əlaqələlərin genişlənməsinə təsir göstərdi.
2005-ci il yanvarın sonunda ABŞ Dövlət Departamenti ―ABŞ və Dağlıq Qarabağ‖ başlıqlı
bəyanat verdi. Həmin bəyanatda göstərildi ki, ABŞ Dağlıq Qarabağı müstəqil qurum kimi qəbul etmir,
nə dünya ictimaiyyətini nə də ABŞ Qarabağ hakimiyyətini tanımır. ABŞ Azərbaycanın ərazi
bütovlüyünü dəstəkləyir.
2005-ci ilin martında Azərbaycan Prezidenti İ.Əliyev Polşaya iyunda Xorvatiyaya aprelində
Pakistana, sentyabrında isə Bolqarıstana, Finlandiyaya səfər etdi.
2006-cı ildə Azərbaycanlıların II qurultayının keçirilməsi haqqında sərəncam imzalandı. 2006-cı
il İ.Əliyev Yaponiyaya səfər etdi. 2006-cı ildə Türkiyə Prezident Ə.N.Sezərin ölkəmizə rəsmi səfəri bu
iki ölkənin əlaqəsinin mühüm olduğunu bir daha təsdiqlədi. 2006-cı ildə aprel ayında Azərbaycan
Prezidenti İ.Əliyev ilk dəfə ABŞ rəsmi dövlət səfəri etmişdir.
2008-ci ildə Azərbaycan Prezidenti İ.Əliyev 2-ci dəfə Azərbaycan Respublikasının Prezidenti
seçildi.
2009-cu ilin martında Konstitusiyada dəyişikliklər üçün referendum keçirildi.
2011-ci ilin oktyabrında isə Azərbaycan Respublikası BMT Təhlükəsizlik Şurasının qeyri daimi
üzvü seçildi.
Milli-mədəni dirçəliş -1991-ci ilin dekabrında latın qrafikalı Azərbaycan Əlifbasının bərpa
olunması haqqında qanun qəbul etdi.
2001-ci ilin avqustunda ―Azərbaycan Əlifbası və Azərbaycan dili gününün təsis edilməsi
haqqında‖ fərman verildi. Avqustun 1-i respublikamızda Azərbaycan əlifbası və Azərbaycan dili günü
kimi elan edildi. 1991-ci ilin dekabrında 1992/93-cü tədris ilində Azərbaycan Respublikasının ali və
orta ixtisas məktəblərinə qəbul imtahanlarınan test üsulu ilə keçirilməsi haqqında qərar qəbul edildi.
1993-cü ildə türkdilli xalqlarının birliyini möhkəmləndirmək üçün ―TÜRKSOY‖ icra qurumu
yaradıldı. 1993-cü ildən respublika ali məktəblərində ikipilləli təhsillə-bakalavr və magistr təhsil
sisteminə keçildi.
1996-cı ilin payızında Azərbaycan YUNESKO ilə əməkdaşlıq haqqında memarandum
imzalandı.
1997-ci ildən ali məktəblərdə ―Heydər Əliyev məktəbləri‖ təşkil olundu.
1998-ci ilin aprelində M.F.Axundov adına Respublika kitabxanası Milli Kitabxana statusu aldı.
Prezident H.Əliyev 1998-ci ilin martın 26-da isə ―Azərbaycanlıların soyqırımı‖ haqqında tarixi
fərman imzalandı.
1996-cı ildə Bakıda, əsası 1982-ci ildə qoyulmuş, hündürlüyü 310 molan teleqüllə istifadəyə
verildi.
1966-cı ildə Füzuli adına beynəlxalq mükafat təsis edildi.
1997-ci ildə Azərbaycan yazıçılarının qurultayı keçirildi. 1994-cü ildən Azərbaycan Dövlət Film
Fondu təşkil olundu.
1990-cı ildən Leninin, Şaumyanın, Marksen 26-ların heykəl və abidələri söküldü. Bakıda
Dağüstü parkda ―Şəhid xiyabanı‖ salındı.
1998-ci ildə Şəhidlər xiyabanında 21 metr hündürlüyündə əbədi məşəl və abidə açıldı.
H.Cavidin heykəli qoyuldu. Naxçıvanda məqbərəsi tikildi. Zərifə Əliyevanın xatirəsinə həsr
olunmuş ―Elegiya‖ əsəri tamamlandı.
Azərbaycan 1991-ci ildə Beynəlxalq Olimpiya Komitəsinə, 1994-cü ildə Avropa Futbol Birliyinə
(UEFA) üzv qəbul edildi. 2001-ci ildə ilk özəl ümum təhsil məktəbi olan Müasir Təhsil Kompleksi
fəaliyyətə başladı.
2004-cü ildə Azərbaycan Respublikasının Prezidenti İ.Əliyev ―Azərbaycan Respublikasının
Milli Ensiklopediyasının nəşri haqqında‖ sərəncamlar imzaladı.
Prezident İ.Əliyev 2005-ci ilin noyabr ayında Nazirlər Kabineti yanında ―İçərişəhər‖ dövlət
tarixi-memarlıq qoruğunun idarə edilməsinə dair əsasnamənin təsdiq edilməsi haqqında fərman
imzaladı. XXI əsrin əvvəllərində Azərbaycan xalqı çox şərəfli müstəqillik dövrünü yaşamaqdadır.