Fənn: Azərbaycan tarixi Şöbə: “Tibb bacısı işi” 2 nömrəli Bakı Baza Tibb Kolleci 99 Biz indi də daha yaxşı xatırlayırıq. Ulu öndəri hər gün mavi ekranda görürdük. Onun çıxışlaını,
dərin mənalı fikirlərini dinləyirdik. Onun bu gün ərzində çətin və əhəmiyyətli işlər gördüyünün,
danışıqlar apardığının, hamıya qayğı ilə yanaşdığının şahidi olurduq. Göründüyü kimi, uşaqlar, gənclər
ona olan sevgini ürəklərində saxlayırlar. Bu sevgi ona görə yaşayır ki, H.Əliyev bütün ömrünü
Azərbaycan xalqının hərtərəfli inkişafına həsr etmişdir.
Tərbiyə prosesi daim yeniləşən, ağır zəhmət və səy tələb edən canlı işdir. Bu prosesdə təhsilin və
mədəniyyətin rolu böyük olmuşdur. Dünyada elə qüvvələr də vardır ki, bu qüvvələr insanları yolundan
azdırmağa çalışırdılar. İnsanlara real həyatı dərk etməyi öyrətməkdə, mürtəce və terrorçu qüvvələrdən
xilas etməkdə təhsil və mədəniyyətin böyük rolu olmuşdur. XX əsrdə dağıdıcı, parçalayıcı xarakterli
qüvvələr meydana gəldi. Beynəlxalq birliklərin səylərinə baxmayaraq ayrı-ayrı millətlər, xalqlar
arasında ziddiyyətlər, barışmazlıq və nifrət halları yaranırdı. Müxtəlif ideologiyalar meydana çıxır,
ictimai sistemlər və milli münaqişələr bir-birinə qarşı qoyulurdu. Belə bir şəraitdə insanların, xüsusilə
yenicə müstəqil həyata qədəm qoyan gənclərin tərbiyəsi, elmi, fəlsəfi keyfiyyətlərin inkişafı xüsusilə
vacib idi. Məhz belə qüvvələrə qarşı mübarizə aparmaq məqsədilə Azərbaycan Respublikasının Təhsil
Nazirliyi, respublikanın ali və ümumi təhsil məktəbləri bir sıra tədbirlər həyata keçirmişdir.
Hər bir xalqın tarixində elə parlaq hadisələr var ki, uzun müddət keçdikdən sonra da belə
hadisələr unudulmur. Xalq üçün, dövlətimiz üçün belə bir ağır məqamda dünya şöhrətli siyasətçi
H.Əliyev öz xilaskarlıq missiyasını yerinə yetirərək siyasi hakimiyyətə qayıtdı və öz əməyi ilə
Azərbaycan xalqını ağ günlərə çıxartdı.
Ulu öndər Heydər Əliyev əməyinin izləri həyatda uzun müddət qalacaqdır.