Fənn: Çıxan protezlərin hazırlanma texnikası Şöbə: “Ortopedik stomatologiya” 2 nömrəli Bakı Baza Tibb Kolleci



Yüklə 1,05 Mb.
Pdf görüntüsü
səhifə121/158
tarix02.01.2022
ölçüsü1,05 Mb.
#37394
növüMühazirə
1   ...   117   118   119   120   121   122   123   124   ...   158
Çıxan protezlərin hazırlanma texnikası (2)

 

 

Protezin  işlənməsi, pardaxlanması  və cilalanması. 

 

Polimerizasiya  bitdikdən  sonra,  küvet  açılır  və  plastmas  protez  gipsdən  ayrılır.  Protez  abraziv 



materiallarla işlənir-artıqlar və nahamarlıqlar götürülür. Bunun üçün ştixel, şaber, karborund frezlər, 

almaz daşlar istifadə olunur (burğac maşınında və ya şlifmotorda). Ştixel dişarası sahələrin işlənməsi 

üçün tətbiq olunur. Süni dişlərin boynu silindrik və konusvari frezlərlə işlənir. Şaber protez səthinin 

nahamarlıqlarını götürür. Protez sahəsinə oturan tərəf işlənmir. 

Pardaxlanma  sumbata  kağızı  ilə  aparılır  və  daha  sonra  şlifmotor  və  burğac  maşını  ilə  davam 

etdirilir. Beləliklə, protezin kənarı və xarici səthi pardaxlanır, daxili səth və süni  dişlər pardaxlanmır. 

Klammerlərin uclarına hamar forma verilir. 

Protezin  cilalanması  ona  təmizlik,  möhkəmlik  verməyi  təmin  edir,  qulluğu  asanlaşdırır. 

Cilalanma  güzgü  parıltısı olana  qədər  aparılır. Protezin  qızmasının  qarşısını  almaq  üçün,  onu  daim 

soyuq suya salmaq lazımdı. 

Son güzgü parıltısı yumşaq fırça və tabaşirlə verilir. Metal klammerlərə parıltı QOİ pastası və 

fırça ilə verilir. Daha sonra protez sabunlu su ilə fırça ilə yuyulur. 

 

 




Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin