Fənn: Çıxan protezlərin hazırlanma texnikası Şöbə: “Ortopedik stomatologiya” 2 nömrəli Bakı Baza Tibb Kolleci


Fənn: Çıxan protezlərin hazırlanma texnikası



Yüklə 1,05 Mb.
Pdf görüntüsü
səhifə122/158
tarix02.01.2022
ölçüsü1,05 Mb.
#37394
növüMühazirə
1   ...   118   119   120   121   122   123   124   125   ...   158
Çıxan protezlərin hazırlanma texnikası (2)

Fənn: Çıxan protezlərin hazırlanma texnikası 

 

Şöbə: “Ortopedik stomatologiya” 

2 nömrəli Bakı Baza Tibb Kolleci 

 79 

 

MÖVZU  20. 



Buraxılan  səhvlərin  və onların  təhlili. 

 

Çıxan  protezləmədə  bir  sıra  səhvlərə  yol  verilir.  Bu  səhvlər,  əsasən,  həkim  və  diş  texniki 



tərəfindən olmaqla 2 qrupa bölünür. 

Həkimin  buraxdığı  səhvlər:  ağız  boşluğunun  protezləməyə  hazırlanma  qaydalarının  pozulması, 

protezin konstruksiyasının fiksasiya növünün düzgün seçilməməsi, okklüziya xəttinin əyriliyi, ölçünün 

keyfiyyətsiz  olması,  ölçu  materialının  selikli  qişanın  atrofiya  dərəcəsi  nəzərə  alınmadan  seçilməsi, 

alveol  çıxntıların  və  sərt  damağın  sümük  çıxıntılarının  izolyasiya  qaydalarına  əməl edilməməsi  və  s. 

Mərkəzi  okklüziyanın  düzgün  təyin  olunmaması  da  protezin  funksional  effektsizliyinə  və  sınmasına 

səbəb olur. 

Texnikin  buraxdığı  səhvlər:  gipslə  alınmış  ölçünün  hissələri  düzgün  yığılmadıqda, 

tutuşdurulmadıqda  və  yapışdırılmadıqda,  işçi  modelin  dəqiq  alınmaması,  modelin  vaxtında 

tökülməməsi (elastik ölçü materialdan), klammerin protez bazisində düzgün yerləşdirilməməsi və s.  

Protez bazisinin qalınlığının bərabər olmaması da buraxılan səhvlərdəndir. Bazisin qalınlığı elə 

olmalıdır ki, protez kövrək olmasın, elastikliyini saxlasın, xəstəyə əziyyət verməsin, yəni üst çənədə 

1,5-2  mm,  alt  çənədə  2-2,5  mm  olmalıdır.  Monomer  polimerin  nisbətinin  düzgün  götürülməməsi, 

polimerizasiya  rejiminin  pozulması  protezin  keyfiyyətini  azaldır.  Mum  kompozisiyası  dərhal  qaynar 

suya salınarsa, polimerizasiyadan sonra protez soyuq suya salınarsa protezdə xırda məsamələr əmələ 

gəlir, bu da protezin tez sınmasına səbəb olur. Küveti soyuq suya salıb, temperaturu tədricən qaynama 

dərəcəsinə catdırmaq lazımdır. 

Protezin  keyfiyyətli  olması  üçün  protezin  işlənməsi  prosesinə  də  böyuk  əhəmiyyət  vermək 

lazımdır. Protezi soyumamış çıxarıb işlədikdə və cilaladıqda o, deformasiyaya uğrayır. 

 

 





Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   ...   118   119   120   121   122   123   124   125   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin