Fənn: Çıxan protezlərin hazırlanma texnikası
Şöbə: “Ortopedik stomatologiya”
2 nömrəli Bakı Baza Tibb Kolleci
85
MÖVZU 23.
Üst çənədən tam protezlər üçün ölçünün alınması. Fərdi qaşığın hazırlanması.
Ölçü almazdan qabaq standart qaşığın kənarlarının fərdiləşdirilməsi məqsədəuyğundur. Bunun
üçün, qızdırılmış və iki qatlanmış mum lövhəsi qaynar şpatellə qaşığın kənarlarına yapışdırılır. Qaşıq
ağız boşluğuna daxil edilir və mum alveol çıxıntısına sıxılır. Mumun aktiv hərəkətli selikli qişa
zonasına keçən hissələri kənarlaşdırılır. Bundan sonra ölçü materialı hazırlanır, qaşığa yaxılır və ağız
boşluğuna daxil edilir. Ölçü alındıqdan sonra həkim ölçünü nəzərdən keçirərkən onun kənarlarına,
protez yatağındakı bütün anatomik törəmələrin (yüyənlər, qabarlar və s.) ölçüdə əks olunub-
olunmamasına fikir verməlidir.
Laboratoriyada ölçüdən model tökülür. Modeldə kimyəvi qələmlə, düzəldiləcək fərdi qaşığın
sərhədləri çəkildikdən sonra modelin üzərinə izoləedici lak sürtülür. Tezbərkiyən plastik kütlə
hazırlanaraq yuxarı və aşağı çənənin formasına uyğun şəkildə modelin üzərinə sıxılır. Daha sonra fərdi
qaşığın səthinə perpendikulyar istiqamətdə dəstək düzəldilir. Plastik kütlə bərkidikdən sonra (10-15
dəqiqə) qaşığı modeldən ayıraraq, frez və karborund başlıqlarla yonurlar. Bu zaman fikir vermək
lazımdır ki, qaşığın kənarları modeldə qeyd edilən sərhəddə müvafiq olsun. Qaşığın kənarlarının
qalınlığı 1,5 mm-dən az olmamalıdır, əks halda ölçünün kənarlarının həcmliliyinə nail olmaq çətindir.
Dostları ilə paylaş: |