Fənn: Çıxan protezlərin hazırlanma texnikası Şöbə: “Ortopedik stomatologiya” 2 nömrəli Bakı Baza Tibb Kolleci


Fənn: Çıxan protezlərin hazırlanma texnikası



Yüklə 1,05 Mb.
Pdf görüntüsü
səhifə67/158
tarix02.01.2022
ölçüsü1,05 Mb.
#37394
növüMühazirə
1   ...   63   64   65   66   67   68   69   70   ...   158
Çıxan protezlərin hazırlanma texnikası (2)

Fənn: Çıxan protezlərin hazırlanma texnikası 

 

Şöbə: “Ortopedik stomatologiya” 

2 nömrəli Bakı Baza Tibb Kolleci 

 48 

 

MÖVZU  30. 



Protez yatağı toxumalarının  reaksiyası. 

 

Protezləmədə istifadə olunan materiallara qarşı baş verən allergiya. 



Allergiya anlayışı orqanizmin allergen antigeninin təsirindən dəyişilmiş reaktivliyi başa düşülür. 

Orqanizmə allergenlərin daxil olmasının əsas yolları tənəffüs və həzm sistemi, həmçinin dəri örtüyü və 

selikli qişalardır. Ortopedik stomatologiya klinikasında orqanizmin yüksək həssaslıq vəziyyətini törədə 

bilən müxtəlif materiallar-üzvi  və qeyri-üzvi maddələr, sementlər, pastalar, metallar və onların bir sıra 

xəlitələri, həmçinin plastmas kimi yüksəkmolekullu birləşmələrdən istifadə olunur. 

Hazırkı dövrdə protezləri polimetakrilatdan, bəzən də qarışıq polimer materiallardan hazırlanılır 

ki, bunlar da neytral, həll olmayan maddələr olub, çox nadir hallarda allergen rolunu oynayır. 

Protez  materiallarından  yaranmış  allergiyanın  klinik  şəkli  çox  vaxt  kontakt  iltihabı  xarakteri 

daşıyır.  Bu  iltihab  qeyri-spesifik  olub,  kimyəvi  -  toksiki  və  mexaniki  iltihaba  oxşardır.  Kontakt 

allergiyası  qızartı,  bəzən  selikli  qişanın  kəskin  ödemi  və  nöqtəvi  qansızmalar  kimi  büruzə  verir. 

Damaqda,  dodaqlarda,  dildə  və  ya  boğazda  göynəmə  hissi,  dad  hissiyatının  dəyişilməsi,  ağız 

boşluğunda  quruluq  kimi  subyektiv  hissiyatlar  yaranır.  Nadir  hallarda  dəri  reaksiyaları  və  bronxial 

astma tutmaları baş  verir. Allergik xəstəliklərin diaqnostikasının özünəməxsus xüsusiyyətləri vardır. 

Birinci  növbədə,  allergen  aşkar  edilməli  və  orqanizmin  sensibilizasiyasını  törədən  faktorlar  aradan 

qaldırılmalıdır. Bəzən allergenlər bir neçə olur və bunların içərisindən əsasını seçib kənarlaşdırdıqda, 

ümumi həssaslıq aşağı düşür.  

Allergiya  ilə  oxşar simptomlara  bəzi  patoloji  vəziyyətlərdə  rast  gəlinir.  Lakin  allergiyanı  sadə 

olaraq,  xəstəliyin  bəzi  əlamətlərinə  də  təyin  etmək  mümkündür.  Səbəb  aradan  qaldırılan  kimi 

allergiyanın bütün simptomları itir və səbəbkar allergenlə kontakt zamanı o, yenidən baş  verir.  əgər 

allergiyanın  səbəbi  protezdirsə,onda  protez  bir  həftə  müddətində  taxılmır.  Sonra  protezdən  istifadə 

etdikdə allergiya əlamətləri yenidən baş verirsə, deməli, səbəb protezdir.  

 

 





Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin