Fənn: Çıxan protezlərin hazırlanma texnikası Şöbə: “Ortopedik stomatologiya” 2 nömrəli Bakı Baza Tibb Kolleci


Fənn: Çıxan protezlərin hazırlanma texnikası



Yüklə 1,05 Mb.
Pdf görüntüsü
səhifə63/158
tarix02.01.2022
ölçüsü1,05 Mb.
#37394
növüMühazirə
1   ...   59   60   61   62   63   64   65   66   ...   158
Çıxan protezlərin hazırlanma texnikası (2)

Fənn: Çıxan protezlərin hazırlanma texnikası 

 

Şöbə: “Ortopedik stomatologiya” 

2 nömrəli Bakı Baza Tibb Kolleci 

 44 

 

MÖVZU  27. 



Neylon protezlər  haqqında  məlumat.   

Neylon protezlərin  hazırlanması  texnikası. 

 

Neylon protezlərin hazırlanması üçün kompresyon olmayan ölçü alınır. 4 qr gipsdən ölçü tökülür 



və super gipsdən model alınır. Sonra modeldən dublikat alınır (dublikat  almaq  üçün silikondan  və ya 

xüsusi  gilindən  istifadə  edilir).  Dublikat  almamışdan  əvvəl  diş  ətrafı (boyun  sümük  çıxıntısı  və  s.) 

mumla doldurulur. Dublikat alınandan sonra master model tökülür (4 qr super gipsdən). Gips 100/20 

nisbətdə qarışdırılır. 100qr gips 20 qr su. Bundan sonra modeldə gələcək protez səhəddi cızılır. Sərhəd 

hissəvi protezə nisbətən qısa olur. 

Hazırlanması 2 üsulla aparılır. Moskva Tibb üsulu və Amerika Tibb üsulu.  

Moskva  Tibb  üsulu  diş  master  model  üzərində,  Amerika  Tibb  üsulunda  isə  diş  əsas  model 

üzərində düzülür. 

Vaskap – çıxmayan protezlərin hazırlanmasının son mərhələsini mumda hazırlayaraq əvvəlcədən 

göstərilməsidir. 

Setap  –  çıxan  protezlərin  hazırlanmasının  son  mərhələsini  mumda  hazırlayaraq  əvvəlcədən 

göstərilməsidir. Setap üsulunda süni dişləri silikon açar vasitəsilə bir modeldən başqa modeldə və ya 

karkasa keçirmək olur. 

Sərhəd  Moskva  Tibb  üsulunda  hissəvi  protez  olduğu  kimi,  Amerika  Tibb  üsulunda  isə  qısa 

çəkilir (yanaqla damağın birləşdiyi büküşdə ). Damaqda isə olan işlərdən asılı olaraq A xəttindən bir az 

önə çəkilə bilər. Valplast hazırlanarkən A xəttindən önə model üzərində cızıq aparılır ki, bu da gələcək 

protezin vakuum yaradaraq protez ağızda tam oturmasını təmir edir. Sərhəd çəkildikdən sonra şablon 

hazırlanır. Dişləm təyin olunur. Modellər artikulyatora və ya okkuldatora gipslənir. 

Valpastın  mumla  birləşməsi  kimyəvi  deyil,  fiziki  üsulla  olduğuna  görə  düzüləcək  süni  dişlər 

bayır və arxa tərəfdən deşilərək hazırlanır, süni dişlər düzülür. Süni diş düzərkən çalışmaq lazımdır ki, 

dişlər  diş  qövsü  üzərində  düzülsün.  Bügel  protez  damaqların  arasındakı  məsafə  4  mm-dirsə  çıxan 

neylon  protezlərdə  bu  8  mm-dən  az  olmamalıdır.  Əks  təqdirdə  neylon  cırıla  bilər.  Bundan  sonra 

hazırlanmış mum kompazisiya ağızda yoxlanılır. 

Modeldə otuzdularaq sonuncu modelləşdirilməsi aparılır (master modeldə). Bunun  üçün neylon 

protezlər  özünün  yanaq  və  damaq  mumları  var.  Biz  diş  düzdüyümüz  05  bazis  mumunu  kəsərək 

kənarlaşdıraraq  bu  mumlardan  istifadə  etməklə  sonuncu  modelləşdirməni  həyata  keçiririk.  Hazır 

protez küvetə gipslənir (4qr) küvet üzərində yanında deşiyi olan alt və üst hissələrdən ibarət olub 4 

vintlə 1-1-nə birləşdirilir. Gipslənmə çıxan protezlər hazır olduğu kimi hər 3 üsulda (qarışıq, düz, əks) 

aparıla  bilər.  Alt  hissə  töküldükdən  sonra  gips  qoruyur.  Damaq  hissəyə  litnik  MTÜ  litnik 

qoymamışdan əvvəl A xəttinə olan hissə bazis mumla tam tutulur. ATÜ isə yox qoyulur, küvetin üst 

hissəsi otuzdurularaq vintlə bərkidilir. 

Üst hissənin gipsi tökülür. 1 hissənin gipsinə nisbətən 2 hissə bir az duru qarışdırılır. 

Gipsləmə  zamanı  küvetlər  əvvəlcədən  yağlanılır  ki,  gips  yapışmasın.  Gips  quruduqdan  sonra 

mumun ərinməsi həyata keçirilir. Bu çıxan protez olduğu kimidir. Lakin mumu əriməyə qoymamışdan 

əvvəl küvetin vintləri açılır. Bundan sonra neylon protezin vurulması həyata keçirilir. İzakol çəkilərək 

qurudulur.  Küvetin  vinti  bərkidilərək  presə  yerləşdirilir.  Bu  zaman  küvetin  yan  deşiyi  ilə  (litnik 

qoyulan  hissə)  presin  sıxılan  dəmiri  paralel olmalıdır.  Katric  protez  sahəsinə  görə  seçilərək  ərinməsi 

üçün peçə qoyulur.  

Katric  3  ölçüdə  olur.  Tam  çənə  üçün,  hissəvi  protez  üçün,  mikro  protez  üçün  peç  11  dəq 

qızdırılır. 550 formgen 230 C 4 dəq sonra katric xüsusi turbaya yerləşdirilərək 7 dəq qızdırılır. 

Katric 3 hissəli olur: yuxarı qalın hissə, orta turba hissə və alt nazik hissə. Katrici peçə qoyanda 

çalışmaq lazımdır ki, alt nazik hissə küvetin deşiyinə düşsün. Çünki katric qızdıqdan sonra tez küvetin 

üstünə oturdularaq preslə sıxılır və bu zaman katric partlayır, ərimiş neylon küvetə daxil olur. 

Küvet protez tam soyuduqdan sonra gipsdən təmizlənərək işlənir, parıldadılır və təhvil verilir. 

İşlənilərkən əvvəlcə litniklər kəsilir, sonra almaz frezlərlə hamarlanır, özünün xüsusi borları var. 

Xüsusi şotkalarla bərk sabun formalı pemza və pasta QOİ-yə verilib parıldadılır. Xəstəyə təhvil verilir. 

 




Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin