Fənn: Çıxan protezlərin hazırlanma texnikası
Şöbə: “Ortopedik stomatologiya”
2 nömrəli Bakı Baza Tibb Kolleci
43
MÖVZU 26.
İmplant üzərində çıxan protezin hazırlanması.
Dişsiz çənələr təkcə çıxmayan körpüvari və hibrid protezlərlə deyil, həmçinin innovasiyon
suprastrukturlarla konusvari qapaqlar (teleskopik) fiksasiya olunmuş silindrik attaçmentlərlə bərpa
oluna bilər. Protezləmə şərtləri daha da yaxşılaşdırıla bilər. Belə ki, çənədə bir neçə diş qaldıqda belə,
dayağın sayını artırmaqla attaçmentləri implanta fiksasiya etməklə daha yaxşı nəticə əldə etmək olar.
İmplant üzərində çıxan protezin hazırlanması müasir stomatologiyanın nailiyyətlərindən olub,
geniş tətbiq olunmağa başlanmışdır.
Bunların ən çox tətbiq olunan növlərindən biri qıfılla 2 implanta fiksasiya edilmiş hibrid
protezlərdir. Diyircək və oturacaq (şarik və mufta) formalı qıfıllı 2 implant sadə və qənaətli effektiv
fiksasiya üsuludur. Protez diyircək və oturacağında yaxşı funksiya qabiliyyətinə malikdir. Qıfılla təyin
olunan transversal fırladıcı ox ön şöbədən mümkün qədər aralı olmalıdır. Protezin sagital oxu ətrafında
fırlanmaması üçün implantlar lazımi uzunluqda dayaq xəttinə malik olmalıdır. Qıfıllar protezə gec
uyğunlaşan və stresə meylli yaşlı xəstələrdə çıxan protezin stabilizasiyası üçün nəzərdə tutulub.
Diyircəkli və oturacaqlı qıfıllar dairəvi və ya oval uzununa kəsikli çubuqlardan daha effektivdir, çünki
tək attaçmentlər daha az yer tələb edir. İş düzgün yerinə yetirilibsə, qıfıllar xəstənin ağız boşluğuna
birbaşa qoyulur, bu zaman protezə təzyiq olunmur, onun xarici konturları pozulmur. Bu cür metodika
ilə hazırlanmış protezi xəstənin mərkəzi sinir sistemi sensor olaraq qəbul edir və adaptasiyaya ehtiyac
qalmır.
Protezin daha bir fiksasiya üsulu maqnitlərdir, lakin onlar üçün geniş yer tələb olunur və
maqnitlərin fiksasiyaedici gücü tənzimlənmir. Eləcə də maqnitlər protezi horizontal hərəkətverici
qüvvələrin əksinə stabilləşdirmir ki, bu da protezin pis fiksasiyasına gətirir. Protezin hərəkiliyi ilə
əlaqədar maqnitlər güclü sürtülməyə məruz qalır.
Attaçmentlərin digər növləri ya lehimlənir, ya da implantın abatment adlanan hissəsinə lazerlə
qaynaq olunur. Qıfıl abatmentə elə yerləşdirilə bilər ki, çıxan protezin istiqamətinə və konturlarına
düzəliş versin. Belə qıfılın patrisası dairədən, matrisası isə giliz formalı oturacaqdan ibarətdir.
Lövhəcikli matrisa çox rahatdır, çünki onlar patrisanı az sürtür və xüsusi alətlərlə tənzimlənir və ya
deaktivasiya olunur. Hal-hazırda qızıl və titan ərintilərindən hazırlanan qıfıllardan çox istifadə olunur.
Titan attaçmentləri restavrasiya etmək daha asandır. Onların matrisa hissəsi protez bazisində adgeziv
yolla fiksasiya olunur.
İkidən çox implantlı çıxmayan çubuqlu şinalayıcı çıxan protez möhkəm fiksasiya olunur. Aşağı
çənənin ön şöbəsi qövsvari olduqda bu cür fiksasiya protezə yüksək stabillik verir. Qeyd olunduğu
kimi yeri çox tələb olunduğina görə bu növün hazırlanması bir qədər problem yaradır.
3-4 implantın çıxan konusvari qapaqlarla və ya hazır silindrik qıfıllarla şinalanması hibrid protez
suprastraturunun konstruksiyası böyüdür. Çıxan protezin periimplant şöbəsini körpüvari protez
şəklində formalaşdırmaq olar. Dişətinə oturan yəhər alveol çıxıntının arxa zonalarında yerləşdirilir. Bu
tip protez yumşaq çıxıntının toxumaların atrofiyasında nəzərə alınır. Çıxan protez altında qalan
periimplant selikli qişanın qıcıqlanması faktiki olaraq mümkü deyil. Çıxan protezin açıq dizaynı
periimplant ərp və infeksion təsir əmələ gəlməsini minimallaşdırır. Çıxan protezin bazisi körpüvari
protezə oxşadığı üçün ağız boşluğu gigiyenasına riayət etmək asanlaşır. Düzgün yerləşdirilməmiş
implant və ya onun oxunu silindrik qıfılla əvəz oluna bilər.
4 konusvari qapaqlı və ya silindrik qıfıllı suprastruturlar mental dəliyin hər iki tərəfində implant
qoyulması üçün çıxan körpücüklər şəklində konstruksiyalar oluna bilər. Bir neçə dişin çənədə qalması
və ya yaxşı yerləşməməsi zamanı implantın sayını artırmaqla protezləməni yaxşılaşdırmaq olar.
Bərpaedici fazada dişlərin düzülməsi və ağız boşluğunda yoxlanması vacibdir, çünki birincili
qıfıllar və çıxan karkasın hazırlanması üçün əsas formalaşdırılmalıdır.
Hər bir çıxan protez hazırlanmasının əsasına xəstənin fərdi tələblərini yerinə yetirmək, qane
etmək durduğu kimi, implant üzərindəki çıxan protezlərdə bu kimi tələblərə cavab verməlidir. Dişsiz
çənələr protezləndikdə, diyircək və oturacaqlı, maqnit və ya çubuqlu hibrid protezlərdən başqa
attaçmentli sərt suprastruturlar da tətbiq olunur. Bu protezlər müalicənin effektini optimallaşdırır,
toxumaları uyğunlaşdırır, istifadə və estetikanı rahatlaşdırır.
|