Fənn: Çıxan protezlərin hazırlanma texnikası Şöbə: “Ortopedik stomatologiya” 2 nömrəli Bakı Baza Tibb Kolleci


Fənn: Çıxan protezlərin hazırlanma texnikası



Yüklə 1,05 Mb.
Pdf görüntüsü
səhifə65/158
tarix02.01.2022
ölçüsü1,05 Mb.
#37394
növüMühazirə
1   ...   61   62   63   64   65   66   67   68   ...   158
Çıxan protezlərin hazırlanma texnikası (2)

Fənn: Çıxan protezlərin hazırlanma texnikası 

 

Şöbə: “Ortopedik stomatologiya” 

2 nömrəli Bakı Baza Tibb Kolleci 

 46 

 

MÖVZU  29. 



Protezlərin  təhvil  verilməsi  və adaptasiya. Xəstəyə verilən  məsləhətlər. 

 

Protezlərin  təhvil  verilməsi  çox  vacib  və  məsuliyyətli  mərhələlərdən  sayılır.  Laboratoriyadan 



hazır protezi aldıqdan sonra həkim onu hərtərəfli nəzərdən keçirməlidir. Bu zaman gözlə görünən və 

palpator  hiss  edilən  çıxıntılar,  nahamarlıqlar  aşkar  edildikdə,  onları  ləğv  etmək  lazımdır.  Sonra 

protezləri su ilə yuyaraq ağız boşluğuna daxil edirlər. Lövhəli protezi spirt və ya efirlə silmək olmaz, 

çünki bu maddələrin təsirindən protezdə mikroçatlar əmələ gəlir. 

Çox vaxt protezlər təhvil verilən gün onlarda bu və ya digər çatışmazlığın olmasını aşkar etmək 

mümkün  olmur.  Adətən,  həmin  gün  təkcə  protezin  konstruksiyasındakı  kobud  səhvləri,  məsələn, 

mərkəzi  münasibəti  təyin  edərkən  buraxılan  səhvlər  və  ya  antoqanist  dişlər  arasında  qeyri-bərabər 

kontaktın olmasını aşkar etmək olar. Odur ki, protezlər təhvil verilən gün təkcə aşkar edilmiş kobud 

səhvlər aradan qaldırılmalı, protezin korreksiyasını isə xəstə ondan bir neçə gün istifadə etdikdən sonra 

aparmaq lazımdır.  

Protezi  təhvil  verərkən  onun  sərhədləri, çənələrin  mərkəzi  münasibəti  və  dişlərin  görüşməsində 

səhvlər aşkar edilə bilər. Diş sıralarının qapanmasına xüsusi diqqət yetirilməlidir. Dişlərin hər hansı bir 

nahiyədə  vaxtından  əvvəl  təmasını  aradan  qaldırmaq  lazımdır.  Bunun  üçün  diş  sıralarının  arasına 

surətçıxaran kağız qoyulur  və xəstəyə aşağı çənə hərəkətləri etmək təklif olunur. Bu zaman  vaxtından 

qabaq təmasda olan dişlərin üzərinə surətçıxaran kağızın izi düşür  və bu sahələri müxtəlif başlıqlarla 

yonurlar.  Sifətin  aşağı  üçdə  bir  hissəsinin  hündürlüyünün  dəyişməməsi  üçün  ayrı-ayrı  qabarlara 

toxunmurlar; belə ki, yuxarı dişlərin yanaq, aşağı dişlərin dil qabarları yonulur, yuxarı dişlərin damaq 

və aşağı dişlərin yanaq qabarları isə alveollararası hündürlüyü saxladığından  yonulmamalıdır. 

 

Protezlərin sərhədlərinin uzun kənarları aşağıdakı sınaqların nəzarəti altında korreksiya edilir: 



1.  Aşağı  protez  yavaş-yavaş  bir  bərabərlikdə  yerindən  qalxırsa,  onda  çeynəmə  əzələlərinin 

bağlandığı sahə nahiyəsində protezin vestibulyar kənarı qısaldılmalıdır; 

2.  Aşağı  protez  təkcə  arxa  hissədən  qalxırsa,  onda  çənə-dilaltı  b  xətt  nahiyəsində  protezin  dil 

kənarı qısadılmalıdır, lakin protezin sərhədi həmin xətti mütləq örtməlidir; 

3.  Protez  önə  sürüşərsə,  deməli  o,  molyararxası  nahiyədə  bir  qədər  uzundur,  protezin  həmin 

kənarı qısaldılmalıdır; 

4. Protezin arxaya sürüşməsi protezin dodaq kənarı çox uzun olduqda, frontal dişlər düzülərkən 

neytral  əzələ  zonası  nəzərə  alınmadıqda  və  bazis  vestibulyar  tərəfdən  çox  həcmli  modelləşdirildikdə 

baş verir. 

 

Adaptasiya termini ortopedik stomatologiyada iki mənada - xəstənin protezə alışması və sakitlik 



vəziyyətində,  eləcə  də  çeynəmə  aktı  zamanı  yataq  toxumalarının  protezə  uyğunlaşması  mənalarında 

işlədilir.  

Xəstələrin  protezə  uyğunlaşmasında  onların  düzgün  psixoloji  hazırlanması  böyük  əhəmiyyət 

kəsb edir. Xəstəyə başa salınmalıdır ki, protez onun sağlamlığının  qorunub saxlanması üçün müalic ə 

vasitəsidir.  Buna  görə  də,  ortopedik  müalicə  dövründə  xəstə  tam  çıxan  protezlər,  süni  dişlərin  təbii 

dişlərdən prinsipial fərqi haqqında tam məlumat almalıdır. Bundan başqa burada ən əhəmiyyətli ondan 

ibarətdir  ki,  xəstə  protezləməyə  psixoloji  cəhətdən  nə  dərəcədə  hazırdır,  öz  həkiminə  etibar  edirmi, 

əvvəlki çeynəmə, nitq və xarici görkəminin nə dərəcədə bərpa olunacağını bilirmi. Xəstə bilməlidir ki, 

protezlərin  köməyilə  təkcə  dişlərin  itirilməsi  və  alveol  çıxıntısının  atrofiyası  nəticəsində  yaranan 

dəyişikliklər  bərpa  edilə  bilər,  lakin  təəssüf  ki,  yaşla  əlaqədar  baş  verən  bütün  dəyişiklikləri  aradan 

qaldırmaq mümkün olmur. 

Protezə adaptasiya tədricən yaranır və neyromuskulyar koordinasiyanın, pozulmuş nitq, çeynəmə 

və udma funksiyasının bərpası ilə özünü biruzə verir. 

V.Y.Kurlyandski  protezlərə adaptasiyanın üç dövrünü  ayırd edir.  

1.  Qıcıqlanma  dövrü  protez  təhvil  verilən  günə  təsadüf  edir  və  salivasiyanın  artması,  nitqin 

pozulması, qusma refleksinin yaranması, çeynəmə effektinin aşağı olması ilə xarakterizə olunur.  





Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin