Fənn: Çıxan protezlərin hazırlanma texnikası
Şöbə: “Ortopedik stomatologiya”
2 nömrəli Bakı Baza Tibb Kolleci
39
MÖVZU 23.
Şərti çıxan protezlər.
Şərti çıxan protezlər çıxmayan körpüvari protezlərin alternatividir. Bildiyimiz kimi körpüvari
protez bir dişin itirilməsi zaman hazırlanır. İtirilmiş dişin yerinə protez hazırlanmadıqda qonşu dişlər
boş zonaya doğru yerini dəyişir və düz diş cərgəsini pozur ki, sonradan protez hazırlanmasında
çətinliklər yaranır. Klassik körpüvari protez uzun müddətə hazırlanır və yalnız ciddi göstəriş olduqda
çıxarılır. Şərti çıxan protezləmədə isə süni dişi çıxarmaq və əvəz etmək asan və tez başa gəlir, çünki
çatmayan diş öz dayaq elementləri ilə sadəcə olaraq yapışdırılır və ya işıqdanbərkiyən sementlə qonşu
dişlərə fiksasiya edilir. Buna baxmayaraq konstruksiya möhkəm, uzun illər ərzində çeynəmə təzyiqinə
davam gətirə biləcək qədər davamlı olur. Süni diş çıxarılsa belə, istənilən digər protezləmədən istifadə
etmək olur. Şərti çıxan protez gözəl görünür və öz canlı qonşularından tamam seçilmir. Xəstə hətta
ağız boşluğunda süni dişin olduğunu unudur, çünki ona qulluqda sağlam dişlərə olan qulluq kimidir.
Şərti çıxan protezləmədə konstruksiyanın qurulması müxtəlif üsullarla həyata keçirilir. Ən
sadəsi, deyildiyi kimi qonşu dişlərə bərkidilmədir. Eləcə də qonşu dişlərdə süni dişin dayaq elementləri
üçün xüsusi yer hazırlanır və sementlənir.
Mürəkkəb, bahalı, lakin möhkəm və uzunmüddətli variant da var: implant tətbiq etməklə
hazırlanır, qonşu dişlərin köməyi tələb olunmur, nəticədə süni diş tamamilə təbii dişi imitasiya edir.
Kökün yerinə titan sterjen qoyulur, onun üzərinə çıxan qapaq süni tac bağlanır. Belə protezlə xəstə öz
təbii dişləri kimi rəftar edir, ağız boşluğunun gigiyenasına fikir verir, doğru olaraq stomatoloq
müayinəsindən keçir. Bu variant eyni anda bir neçə dişin bərpası üçün də yararlıdır. Bir dəfəyə 6-8
implant qoyub, üzərinə vintlərlə metal-keramik protez bağlamaq olar. Belə konstruksiya protezin
təmizlənməsi və ya implantın başlıqlarının dəyişdirilməsi üçün sökülə bilər. Bunun üçün fiksasiyaedici
vintlər açılır, protez çıxarılır, lazimi iş aparılır. Beləliklə implantasiya ilə əlaqədar olaraq şərti çıxan
protezləmənin imkanları daha da genişlənir.
|