Fənn: Çıxan protezlərin hazırlanma texnikası Şöbə: “Ortopedik stomatologiya” 2 nömrəli Bakı Baza Tibb Kolleci


Fənn: Çıxan protezlərin hazırlanma texnikası



Yüklə 1,05 Mb.
Pdf görüntüsü
səhifə60/158
tarix02.01.2022
ölçüsü1,05 Mb.
#37394
növüMühazirə
1   ...   56   57   58   59   60   61   62   63   ...   158
Çıxan protezlərin hazırlanma texnikası (2)

Fənn: Çıxan protezlərin hazırlanma texnikası 

 

Şöbə: “Ortopedik stomatologiya” 

2 nömrəli Bakı Baza Tibb Kolleci 

 41 

 

2.  İ.M.Oksman,  Z.Y.Şur,  M.N.Şitovanın  üsulu  birinci  üsuldan  2  mərhələdən  ibarət  olması  ilə 



fərqlənir. Ölçü götürülür, modellər tökülür, sonra mum şablona uyğun plastmas bazis hazırlanır. Protez 

ağız  boşluğunda  yoxlanır  və  bazislə  birlikdə  yenidən  ölçü  alınır.  Model  töküldükdə  bazis  model 

üzərinə  keçir,  model  köməkçi  modellə  birlikdə  artikulyatorda  gipslənir.  Sonra  alveol  çıxıntının 

işlənməsinə başlanır. Bu üsulda gips dişlər elə kəsilir ki, alveol çıxıntının səthində hündürlüyü 1 mm 

olan güdül  qalsın. Dişlər düzülür  və protez üzərində iş bir neçə diş əlavə edilməsi ilə təmir zamanı 

olduğu kimi bitir.  İmmediat protezin bazisi alveol çıxıntının formalaşdırılmasında iştirak etdiyi üçün 

birbaşa protezdə düzülüş süni dişəti üzərində aparılır. Bu üsulla hazırlanmış protez bazisi  əməliyyat 

yarasına söykənmir, sağalma ilə əlaqəli prosesləri pozmur. Bazisin  əvvəlcədən hazırlanması və ağız 

boşluğunda yoxlanması əməliyyatdan sonra hazır protezin ağız boşluğuna qoyulmasını yüngülləşdirir. 

Son  illərdə  dişlərin  çıxarılmasından  sonra  regenerasiyanı  tezləşdirmək,  alveol  çıxıntının 

atrofiyasının  qarşısını  almaq,  xəstələrin  immediat  protezlərə  adaptasiyasını  asanlaşdırmaq  məqsədilə 

diş yuvalarının kollagenoplastikası aparılır. 

 

 




Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin