Fənn: Çıxan protezlərin hazırlanma texnikası Şöbə: “Ortopedik stomatologiya” 2 nömrəli Bakı Baza Tibb Kolleci


Fənn: Çıxan protezlərin hazırlanma texnikası



Yüklə 1,05 Mb.
Pdf görüntüsü
səhifə57/158
tarix02.01.2022
ölçüsü1,05 Mb.
#37394
növüMühazirə
1   ...   53   54   55   56   57   58   59   60   ...   158
Çıxan protezlərin hazırlanma texnikası (2)

Fənn: Çıxan protezlərin hazırlanma texnikası 

 

Şöbə: “Ortopedik stomatologiya” 

2 nömrəli Bakı Baza Tibb Kolleci 

 38 

 

MÖVZU  22.  



Yumşaq  altlıqlı  protezin  hazırlanması. 

 

Bəzi  xəstələr  protez  yatağı  selikli  qışasının  həddən  artıq  həssaslığına  görə  çıxan  protezdən 



istifadə edə bilmirlər. Ağrılar sərt bazisin iti alveol darağına, aşağı çənə xətlərinin daxili səthinə, torusa 

və ekzostozlara təzyiqində də yaranır. 

Belə  hallarda  elastik  plastmas  altlıqlı,  yəni  ikiqat  bazisli  protez  hazırlanır.  Belə  bazis  həmçinin 

protezin az hərəkətli protez yatağına təzyiqini azaltmaq üçün də hazırlana bilər. İkiqat bazis xarici - adi 

sərt  bazis  plastmasından  olan  səthdən  və  daxili  -  yumşaq  plastmasdan  hazırlanır  və  selikli  qişaya 

söykənən səthdən ibarətdir. Yumşaq qat bazisi alveol çıxıntının iti sümük nahiyələrinə oturtmağa və 

protezi protez yatağında eyni bərabərdə yerləşdirməyə imkan verir.  

Sərt fərdi qaşıq ağız boşluğuna daxil edilib funksional ölçü alınır, işçi model tökülür. Okklüzion 

yastıqlı bazis hazırlanır, mərkəzi münasibət təyin olunur, modellər okklüdatorda yerləşdirilir və dişlər 

düzülür,  protezin  konstruksiyası  yoxlanılır  və  mum  kompozisiya  əks  üsulla  küvetə  gipslənir.  Mum 

əridildikdən sonra model üzərinə mum lövhə qoyulur. Mum elastik plastmasın ölçüsünə və qalınlığına 

uyğun götürülür. Sonra sərt plastmas qarışdırılır, küvetə yığılır, preslənir və elastik plastmas hazırlanır. 

Presləmədən  sonra  küvet  açılır,  mum  çıxarılır  və  əvəzinə  elastik  plastmas  qoyulur.  Bu  zaman  bazis 

plastmasının kənarlaşmasına monomer çəkilir ki, gələcəkdə yumşaq altlıq  əsas bazisdən ayrılmasın. 

Sonra  küvetin  ştampı  kontrştampla  birləşdirilir,  yumşaq  plastmas  sərt  plastmasla  preslənir. 

Polimerləşmə aparılır. Elastik plastmas ehtiyatla işlənir ki, qatı ayrılmasın. 

 

 




Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin