Fənn: Çıxan protezlərin hazırlanma texnikası
Şöbə: “Ortopedik stomatologiya”
2 nömrəli Bakı Baza Tibb Kolleci
40
MÖVZU 24.
İmmediat protezlər haqqında məlumat.
Protezləmənin bir növü də birbaşa protezləmə adlanır: bu zaman protez diş çıxarılması
əməliyyatına qədər hazırlanıb, əməliyyatdan sonra 24 saatdan gec olmayaraq, ağız boşluğuna qoyulur.
Belə protezlər əməliyyatdan sonrakı və ya immediat adlanır.
Tez və ya yaxın protezləmə - əməliyyatdan sonra yaxın zamanda protezin hazırlanması və
yaranın sağalması dövründə, yəni əməliyyatdan sonrakı ilk iki həftədə protezlərin ağız boşluğuna
qoyulmasıdır.
Gec və ya uzaq protezləmə - əməliyyat yarasının sağalmasından sonra, 1,5-2 aydan tez
olmayaraq protez hazırlanmasıdır.
Protezləmənin hər bir növü yaranın vəziyyətinə uyğun gəlir:
1. Birbaşa protezləmə - protez yara səthinə qoyulur.
2. Yaxın protezləmə - protez yaranın sağalması dövründə qoyulur.
3. Uzaq protezləmə - protez alveol çıxıntısının formalaşmasından sonra qoyulur.
Ekstraksion yaranın sağalması erkən mərhələdə baş verir və eyni zamanda bazisin birbaşa təsiri
altında alveol çıxıntı formalaşır. Alveol çıxıntı dairəvi, iti kənarsız forma alır.
Protez eyni zamanda ekstaksion yaranı xarici təsirlərdən qoyulur. Diş çıxarılmasından
protezləməyə qədərki vaxtda diş-çənə sistemi yenidən qurulur.
İmmediat protezin hazırlanmasına göstərişlər:
- Ön dişlərin çıxarılması
- Son antoqonist diş cütlüyünün çıxarılması (bu zaman fiksə olunmuş alveolarası hündürlük itir)
- Müəyyən sayda dişlərin çıxarılması zamanı qalan dişlərin funksional yüklənməsi
- Dərin dişləmdə yan dişlərin çıxarılması
- Paradontun sistem xəstəliyi
- Gicgah-çənə oynağının xəstəlikləri və ya onların əlamətləri
- Alveol çıxıntının və çənələrin rezeksiyası.
Birbaşa protezləmənin inkişafının 2 dövrü ayırd edilir: XX əsrin əvvəllərinə qədər yalnız ön
dişlər çıxarılanda birbaşa protez tətbiq olundu. Bu zaman körpüvari protezlər hazırlandı - dişlərə diş
kökü formasında uzun ştiftlər qoyulurdu (hazırki implantatların prototipi). XX əsrin 20-ci illərində
ştiftli lövhəli çıxan protez hazırlanmağa başlandı. Hesab olunurdu ki, ştiftlər çeynəmə təzyiqini
sümüyə ötürərək protezin funksional əhəmiyyətini artırır.
Klinik təcrübələrin nəticəsində birbaşa protezləmənin 2 metodu yarandı:
1. B.M.Bınin, Q.P.Sosnin, A.A.Kotlyar, Y.İ.Qavrilovun metodu: dişlərin çıxarılmasına qədər diş
cərgəsindən ölçü götürülür. İşçi və köməkçi modellər tökülür, hündür dişləm yastıqlı mum
kompozisiya hazırlanır. Bu zaman 4 qrup qüsurlar ola bilər.
Modellər artikulyatora gipsləniir. Çıxarılacaq dişlər model üzərində boynu səviyyəsində kəsilib
çıxarılır. Alveol çıxıntıdan 2 mm-dən az nazik qat gips kəsilir, hamarlanır. Qüsuru hüdudlandıran təbii
dişlərin boynuna yaxın nahiyədən 3-4 mm aralı gipsi kəsmək olmaz. Əks halda gələcək protez təbii
dişətini zədələyə bilər. Dil və damaq tərəfdən gips az götürülür. Bu nahiyədə az hərəkətli, dişlərin
çıxarılmasından sonra gec retraksiya olan selikli qişa yerləşir. Dişlər diş yuvasının atrofiyalaşması ilə
müşayiət olunan paradontoza görə çıxarılırsa, gips bir qədər artıq götürülə bilər.
Yan dişlər nahiyəsində alveol kənarının işlənməsi zamanı gips 1 mm-dən artıq götürülməməlidir.
İşlənmə nəticəsində alveol darağında kiçik müstəvi qalır. Dişlər düzülür, əyilmiş məftil klammerlər
hazırlanır, adi qaydada əks üsulla küvetə gipslənir, mum bazis plastmasla əvəz olunur. Sonra dişlər
çıxarılır və protez ağız boluğuna qoyulur.
|