Yuxarı çənədə tətbiq olunan metal bazislər:
1. Genişləndirilmiş qövslü metal bazis-köndələn damaq zolağı
2. Nalşəkilli metal bazis
3. 0-vari (pəncərəli) metal bazıs
4. Tam damaq lövhəciyi şəklində metal bazis
Köndələn damaq zolaqlı metal bazisli protezin tətbiqinə çox göstərişlər var: natiqlik fəaliyyətilə
məşğul olan xəstələrin protezlənməsi, molyar və II premolyarların itirilməsindən sonra yaranmış
hüdudlanan və hüdudlanmayan qüsurlar. Bazisin eni qüsurun uzunluğundan, alveol çıxıntının atrofiya
dərəcəsindən və dayaq dişlərin parodontunun vəziyyətindən asılıdır.
Metal bazisli nalşəkilli hissəvi çıxan protez yaxalıqlı da adlanır, çünki protez yaxalıq şəklində
dişətini örtərək, ön dişlərə söykənir. Bu protezlərin tətbiqinə göstərişlər:
1. Sərt damağın böyük torusu
2. Dərin zədələyici dişləm-sərt damağın selikli qişanın zədələnməsinin profilaktikası məqsədilə
aşağı dişlərə dayaq yaratmaq tələb olunur
3. Diş cərgəsinin hüdudlanmış qüsurlarında körpüvari protezlərlə əvəz olunması mümkün
olmadıqda
4. Yanız ön dişlərin qalması ilə hüdudlanan və hüdudlanmayan qüsurlar
5. Ön dişlərin patoloji hərəkiliyi-metal bazis şina rolu oynayır
6. Yüksək qusma refleksi
Nalvari metal bazisli hissəvi çıxan protez sərt damağın ön hissəsini örtərək, nitqi pozur. Buna
görə də metal bazis mümkün qədər nazik sərt damağın ön 1/3-nin selikli qişanın relyefini dəqiq əks
etdirməklə hazırlanır.
Pəncərəli metal bazis daha mürəkkəb hesab olunur. Xəstələr tərəfindən asan qəbul olunur.
Paradontun zədələnməsinin qarşısını almaq üçün metal bazis dişətindən 5-6 mm aralı hazırlanır. Belə
bazis yüksək qusma refleksi və diş cərgələrinin hüdudlanmayan qüsurlarına hazırlanmır.
|